Dövlət tələb-təklif münasibətlərini necə tənzimləyir? - Qanunvericiliklə tənzimlənən siyasət (sadə dildə) | Banco.az

Dövlət tələb-təklif münasibətlərini necə tənzimləyir? - Qanunvericiliklə tənzimlənən siyasət (sadə dildə)

Daxili bazarda tələb-təklif münasibətləri hər zaman bir-birinə uyğunlaşmadığı zamanlarda hərəkətə keçir - Dövlət tənzimlənməsi. Gələcəkdə baş verən, yaxud baş verəbiləcək hadisələrdən sığortalanmayan bazar iştirakçıları, çıxılmaz vəziyyət zamanı bir dəstək, təkan, hərəkət verici qüvvə arzu edir. Bu cür vəziyyətlərdə rəqabət qabiliyyətini pozmadan, bazarın strukturuna zərər vermədən, təklif formalaşdıran fiqurları bazardan sıxışdırıb çıxartmadan bazarda yaranmış çətinliyi aradan qaldırmaq üçün kiçik toxunuşlar və sağlam tədbirlər həyata keçirtmək lazım gəlir ki, bunu da dövlət reallaşdırır. Bazar iqtisadiyyatının özünü tənzimləmə sistemi fəaliyyət göstərsə də dünya təcrübəsi sadecə bazar iqtisadiyyatı mövcud deyil və ölkələr qarışıq bazar iqtisadiyyatından istifadə edir. Bazar iqtisadi sistemi proseslər davam etdikcə dövlət, müəyyən qanunauyğunluqların, dövlət və ictimai maraqların qorunmasına nəzarət edir.

Qanunvericilik ölkədə qanunu və nizam-intizamı qorumaqla yanaşı tənzimləyici funksiyasıda mövcudur ki, dövlət bu tənzimləmə alətindən istifadə edərək qeyri-stabil bazar münasibətlərini qaydasına qoyur və onların sarsırntıdan xilas edir. Belə ki, qaunvericilikdə qeyd olunan maddələrdə dəyişikliklər edərək ölkə iqtisadiyyatına zərər vura biləcək təhlükələri zərərsizləşdirir, qarşısını alır. Misal, xarici şirkət olaraq daxili bazarda müəyyən məhsul və ya xidmət sahəsində mövqey tutmusunuz və bu mövqeyiniz digər yerli bazar iştirakçılarını, istehsalçılarını bazardan sıxışıb çıxmasına səbəb ola bilər. Çünki siz təkəlçilik prinsipini uyğuluyaraq bazarda rəqabətə yer vermirsiz. Rəqabət qabiliyyətini itirmiş bazar bitmiş deməkdir. Səbəbi inhisarçı şirkət bütün bazarı ələ keçirdiyi üçün nəinki kiçik istehsalçıların rolunu və yerini zəiflədir hətta sabit qiyməti bazara diqtə edərək bazar prinsiplərini pozur. Eyni zamanda bazardakı tək oyunçu rəqabətə ehtiyac duymadığına görə də keyfiyyət göstəricilərinində inkişafında maraqlı olmur. Belə olan vəziyyətdə dövlət müdaxilə etmə ehtiyacı duyur ki, bunun qanunvericiliklə həyata keçirilməsinin müxtəlif üsulları araşdırılır tapılır, həyata keçırilir. Bu üsul və metodlar həmin şirkət üçün istehsal etdiyi məhsulun müəyyən limitdən sonrakı istehsalatına vrgilərin tətbiqi ola bilər, xarici şirkət kimi əlavə vergiyə cəlb oluna bilər və s. Bütün bu sadaladıqlarımızın əksinə ölkədəki inflyasiya şəraitinin yaxşılaşdırılması üçün KOS və diğər korporasiyalara müəyyət güzəştlər edilər və ya müəyyən vergilərdən azad oluna bilər. Onlara inkişaf edib, dolayı yolla iqtisadiyyatında inkişafına təkan vermələri üçün məqsədli yardımlar, subsidiyalar, subvensiya, dotasiyar, uzunmüddətli kreditlər verilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Fuad Vahabzadə, Banco.az

Dövlət tələb-təklif münasibətlərinə necə təsir edir? - Fiskal siyasət (sadə dildə)

Dövlət tələb-təklif münasibətlərinə necə təsir edir? - Monetar siyasət (sadə dildə)

Ən sərfəli krediti almaq üçün müraciət et