Dövlət tələb-təklif münasibətlərinə necə təsir edir? - Monetar siyasət (sadə dildə) | Banco.az

Dövlət tələb-təklif münasibətlərinə necə təsir edir? - Monetar siyasət (sadə dildə)

Daxili bazarda tələb-təklif münasibətləri hər zaman bir-birinə uyğunlaşmadığı zamanlarda hərəkətə keçir - Dövlət tənzimlənməsi. Gələcəkdə baş verən, yaxud baş verəbiləcək hadisələrdən sığortalanmayan bazar iştirakçıları, çıxılmaz vəziyyət zamanı bir dəstək, təkan, hərəkət verici qüvvə arzu edir. Bu cür vəziyyətlərdə rəqabət qabiliyyətini pozmadan, bazarın strukturuna zərər vermədən, təklif formalaşdıran fiqurları bazardan sıxışdırıb çıxartmadan bazarda yaranmış çətinliyi aradan qaldırmaq üçün kiçik toxunuşlar və sağlam tədbirlər həyata keçirtmək lazım gəlir ki, bunu da dövlət reallaşdırır. Bazar iqtisadiyyatının özünü tənzimləmə sistemi fəaliyyət göstərsə də dünya təcrübəsi sadecə bazar iqtisadiyyatı mövcud deyil və ölkələr qarışıq bazar iqtisadiyyatından istifadə edir. Bazar iqtisadi sistemi proseslər davam etdikcə dövlət, müəyyən qanunauyğunluqların, dövlət və ictimai maraqların qorunmasına nəzarət edir.

Monetar siyasət (Monetary policy)- 19-cu əsrdən etibarən istifadə edilməyə başlayaraq, faiz dərəcəsinin iqtisadiyyata təsirini xarakterizə edir və pulun ümumi təklifini dəyişməyə imkan verir. Necə? Daha sadə dildə desək ölkədə pul kütləsinin ümumi həcminə nəzarət etməyə və onu balanslaşdırmağa kömək edir. Bu siyasətin həyata keçirilməsiylə inflyasiyaya, iqtisadi artıma, məzənnəyə, işsizliyin səviyyəsinə, və s. təsir göstərmək qabiliyyətindədir.

Mərkəzi Bankın istifadə etdikləri əsas alətlər aşağıdakılardır:

1. Açıq bazar əməliyyatları(Mərkəz Bankı bu alətlə pul miqdarına təsir edir);

2. Reeskont və ya diskont siyasəti (MərkəziBank bu yol ilə kreditlərə uyğulanacaq diskont nisbətlərini, dolayısı ilə bankların kredit həcmlərinə təsir edər);

3. Məcburi ehtiyat normaları (MB bu qarşılıq nisbətini azaltmaq və ya da artırmaqla bankların pul yaratma imkanlarını genişlədir).

  • Açıq Bazar Əməliyyatları

Mərkəzi Bankın(MB) bu aləti pul kütləsinə həlledici nəzarətin həyata keçirməsi imkanını verir. Mərkəzi bank adındanda gprüldüyü kimi bazarda açıq əməliyyatlar həyata keçirərək istər istiqraz, istərsə də digər qiymətli kağıların alqı satqısında iştirak edir. Belə ki, MB müxtəlif qiymətli kağızları alaraq banklara(digər Kommersiya Bankları) külli miqdarda pulun daxil olmasını təmin edirki. Bu da banklar daha çox kredit vermə imkanı verir. Və yaxud MB müəyyən faiz(həmin qiymətli kağızdan əldə olunan gəlir) dərəcəsinə malik bazara qiymətli kağızlar çıxarır ki, bu qiymətlilərin alınması ilə bazardaki pul kütləsinin müəyyən hissəsi toplanır və həcmi azalmış olur.

Ən sərfəli kredit üçün müraciət et

  • Reeskont və ya diskont siyasəti

Nədir diskont siyasət - Ən sadə dildə desək bu siyasət aləti MB-ın Kommersiya banklarına (məsələn Kapital Bank, Muğan Bank və s.) qısamüddətli kredit verməsi. Alınmış kreditin qarşılığında sənədin ikinci dəfə diskont edilməsinəisə reeskont deyilir. Bəs bunun harası siyasət oldu desəniz izah edəcəm ki – Faiz dərəcəsi. Mərkəzi Bank Diskont faiz dərəcələrini artırıb azaltmaqla bankların kreditlə(pulla) təminatını həyata keçirərkən ümumi həcmə nəzarət etmiş olur. Məsələn yüksək faizlə kredit verəcəyi təqdirdə banklar kredit almaqdan həmin mövsüm üçün imtina edəcəklər ki, bu da onların şirkət və müəssiəslərə kredit təkliflərinin həcmini azaldacaq və ya əksinə. Aşağı faiz dərəcələri kommersiya

  •  Məcburi ehtiyat norma siyasəti

Mərkəzi Bankın çox təsirli alətlərində biri olan məcburi ehtiyyat norması da pul kütləsinə nəzarətin effektiv təminatını həyata keçirməyə imkam verir. Belə ki, hər bir bank məcburi şəkildə müəyyən ehtiyyat fondu formalaşdırmalıdır. Bu fond da müəyyən normaya əsasən qurulur. Mərkəzi bankın  normanın dərəcəsi artırdığı şəkildə banklar cəlb etdikləri əmanətlərin(pullar, hansı ki hüquqi və fiziki şəxslər tərəfindən banklara müəyyən faiz qarşılığında verilən) bir hissəsini kredit əməliyyatları üçün istifadə edirsə digər hissəsini də həmin təyin olunan normaya uyğun olaraq məcburi ehtiyata yönəldir.

Fuad Vahabzadə, banco.az

Digər mövzu üçün: Dövlət tələb-təklif münasibətlərinə necə təsir edir? - Fiskal siyasət (sadə dildə)

Dövlət tələb-təklif münasibətlərini necə tənzimləyir? - Qanunverici siyasət (sadə dildə)

Ən sərfəli krediti almaq üçün müraciət et