Dövlət Neft Fondunun xərcləri artırıldı | Banco.az

Dövlət Neft Fondunun xərcləri artırıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Sənəd Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə qəbul edilib.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “12 384 088,2” və “11 589 910,3” rəqəmləri müvafiq olaraq “7 832 893,4” və “12 439 910,3” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-ci bənddə “10 563 404,5” rəqəmləri “6 646 940,7” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 2.2-ci bənddə “4 692,0” rəqəmləri “6 752,4” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 2.3-cü bənddə “19 380,0” rəqəmləri “21 080,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 2.4-cü bənddə “1 031 271,7” rəqəmləri “390 342,9” rəqəmləri ilə əvəz edilsin;

Ən sərfəli kredit üçün müraciət et

1.2.5. 2.5-ci bənddə “765 340,0” rəqəmləri “767 777,4” rəqəmləri ilə əvəz edilsin;

1.2.6. gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “12 384 088,2” rəqəmləri “7 832 893,4” rəqəmləri ilə əvəz edilsin;

1.3. 3-cü hissə üzrə:

1.3.1. 3.2-ci bənddə “11 350 000,0” rəqəmləri “12 200 000,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.2. xərclərin məbləğinin cəmi göstərilən sətirdə “11 589 910,3” rəqəmləri “12 439 910,3 ” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et