Dövlət kimləri sığortalayacaq? | Banco.az

Dövlət kimləri sığortalayacaq?

Gürcüstanda uşaqların, pensiyaçıların və əlillərin sığortalanması qaydaları dəyişir. Xəbər verilir ki, indiyədək özəl şirkətlərdə sığortalanmış  əlillər, tələbələr, pensiyaçılar və 5 yaşınadək uşaqlar sentyabrın 1-dən etibarən Gürcüstan ümumi tibbi dövlət proqramına daxil ediləcəklər. Başqa bu kateqoriyalardan olan vətəndaşların tibbi sığortasını dövlət özə təmin edəcək. Gürcüstanın sosial müdafiə və səhiyyə nazirinin müavini Zaza Sopromadze bildirib ki, bu təqribən 400 min nəfər deməkdir.
Nazir müavini qeyd edib ki, tibbi xidmətlərin siyahısı dəyişmir və üstəlik, vətəndaşları yeniliklər gözləyir: “Məsələn, özəl şirkətlərdə sığortalananlar əməliyyatı 4 ay gözləyirdilərsə, dövlət sığortasında bu müddət 2 aya enəcək". 
Bundan başqa, əgər əvvəllər xəstələr onlara xidmət göstərən tibb müəssisəsini özləri seçə bilmirdilərsə, , indi onların daha böyük sərbəst seçim imkanı yaranacaq. Yəni onlar harada əməliyyat ediləcəklərini özləri seçə biləcəklər.
Nazir müavini bildirib ki, nazirlikdə vətəndaşların bütün zəruri məlumat bazası mövcuddur və vətəndaşların özəl sığortadan dövlət sisteminə keçidi avtomatik həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç