Dövlət büdcəsindən əmək haqqı ödənişi azalıb | Banco.az

Dövlət büdcəsindən əmək haqqı ödənişi azalıb

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin əməyin ödənişi xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz və ya 59,3 milyon manat azalaraq 1 milyard 733,1 milyon manat icra edilmişdir.

Əməyin ödənişi xərcləri proqnoza nisbətən 8,1 faiz və ya 130,1 milyon manat artıq icra edilərək illik proqnozun 42,9 faizini təşkil etmişdir.

Cari ilin yanvar-iyun aylarında əməyin ödənişi xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və iyun aylarlnda az, mart, aprel may aylarında çox, fevral ayında isə eyni səviyyədə icra edilmişdir.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et