Dollar/TL məzənnəsi açıqlandı - Faiz qərarının Lirəyə təsiri | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Faiz qərarının Lirəyə təsiri

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.

Dünən Mərkəzi Bankın faiz qərarını açıqlamasından sonra 6.85 səviyyəsindən 6.83-ə geriləyən kurs yenidən 6.85-ə yükləsib.

Dollar/TL məzənnəsi səhər saatlarında 6.85 səviyyəsində icra olunur.

Xatırladaq ki, dünən Türkiyə Respublikası Mərkəzi Bankı faiz dəyişikliyi etməyərək göstəriciləri 8.5%-də saxlayıb. Bununla da, sonuncu 9 iclasda ilk dəfə olaraq faiz endirimlərini dayandırdı. Bu gün Türkiyədə məzənnəyə təsir göstərəcək hər hansı gündəm mövzusu yoxdur, ABŞ-da isə şəxsi gəlirlər və İstehlakçı İnamı üzrə göstəricilər açıqlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et