Dollar/TL məzənnəsi açıqlandı - Dollar yenidən bahalaşdı | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Dollar yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə yüksəlişlə başlayıb.

Dolların qlobal birjalarda dəyər qazanmasının ardınca reallaşan ilk əməliyyatlar zamanı stabilliyini saxlayan Dollar/TL məzənnəsi daha sonra yüksəlməyə başlayıb.

Çəşənbə axşamı 6.90 səviyyəsindən aşağı düşən məzənnə yeni günün ilk saatlarında 7 səviyyəsinin ətrafında icra edilir.

Qeyd edək ki, Türkiyədə daxili birjaların diqqəti Mərkəzi bankın sabah baş tutacaq iclasına yönəlib.

Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7.4299 səviyyəsində başa vurmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et