Dollar yenidən ucuzlaşa bilər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dollar yenidən ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında ABŞ-dan açıqlanacaq önəmli göstəricilər öncəsi dolların qiymətlərində bahalaşma müşahidə edilir.

Dollar və ABŞ-ın xarici əməliyyatlar balansı diqqət mərkəzində. 

Dünya valyuta birjalarında Amerikanın xarici ticarətinə dair önəmli fundamental göstəricilərin açıqlanmasına saatlar qalmış, dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, EUR/USD məzənnəsi 1.1250$-a kimi ucuzlaşıb.

ABŞ-ın iqtisadi balansında mənfi saldo artarsa, dollar yenidən ucuzlaşa bilər. 

Bu gün Bakı vaxtı ilə saat 16:30 və 19:00-da ABŞ-ın xarici ticarət və cari əməliyyatlar balansı ilə bağlı vacib statistik göstəricilər açıqlanacaqdır. Hər iki göstərici üzrə mənfi saldo daha da artarsa, bu, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yenidən ucuzlaşmasına səbəb ola bilər.

InvestAz