Disney kino biznesində liderliyi ələ ala bilər | Banco.az

Disney kino biznesində liderliyi ələ ala bilər

Keçən ilin dekabrından Disney kino studiyasının Fox-u 52 milyard dollara alması haqda xəbərlər medianın diqqətini çəkmişdi. Bu xəbər reallaşdığı halda media sahəsində baş tutmuş ən böyük sövdələşmələrdən olacaq.

Son 100 filmə əsasən kino studiyaların əldə etdiyi gəlirlər aşağıdakı kimidir:

Bu halda Disney də öz növbəsində kino industriyasında dominantlığı öz əlinə alacaq. Bunu etməkdə məqsəd video sahəsində əsas bazar payını ələ almaqdır. Bundan əlavə şirkət özünün yayım platformalarını genişləndirmək və 2019-cu ildən etibarən öz kontentinin Netflix-də yayımını dayandırmaq niyyətindədir. Bir digər tərəfdən Disney Fox-u aldığı təqdirdə Hulu yayım platformasına da çıxış əldə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, bu Disneyin ilk belə yatırımı deyil. Bundan əvvəl 2009-cu ildə şirkət Marveli almış və bununla da Pixar, Lucasfilm kimi şirkətləri də öz tərkibinə qatmışdır.

Onu da qeyd edək ki, Fox, Marvelin bir sıra personajlarının lisenziyasını öz əlində saxlayır. Əgər Disneyin Foxu almaq fikri baş tutarsa, onda bu personajlar da müxtəlif layihələrdə yer almağa haqq qazanacaqlar. Sövdələşmə baş tutacağı halda Disneyin yeni layihələrində nə kimi dəyişikliklərin olması diqqəti cəlb etməkdədir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et