DİQQƏT: Amrahbank-ın kapitalı 50 mln. manatdan aşağı düşüb | Banco.az

DİQQƏT: Amrahbank-ın kapitalı 50 mln. manatdan aşağı düşüb

Amrahbank 2017-ci ilin son rübü üzrə maliyyə hesabatlarını dərc edib.

Sözügedən tarixə, bankın cəmi aktivləri 204,771 mln. manat olub. Bu isə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20% azdır. Bankın cəmi öhdəliklərinin həcmi isə 159,706 mln. manat təşkil edib.

Ötən il ərzində kredit verilişini dayandıran Amrahbank-ın kredit portfeli 21,7% azalaraq 95,185 mln. manata düşüb.  Bankın depozit portfeli də azalaraq 138,419 mln. manat təşkil edib.

Bankın kapitalında da azalma müşahidə olunub. Belə ki, 1 il ərzində Amrahbank-ın kapitalı 10 mln. manata yaxın azalaraq 45,065 mln. manata düşüb. Bu isə banklara qoyulan 50 mln. manat kapital tələbindən azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bank ötən il ərzində 8,601 mln. manat əməliyyat zərəri əldə edib. Qeyd edək ki, kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlara 3,634 mln. manat ayırıb. Mənfəət vergisi ödəməyən bank, 2017-ci ili 8,601 mln. manat xalis zərərlə başa vurub.

Balans hesabatı:

Ən sərfəli krediti almaq üçün müraciət et