Dilənçi milyonçu oldu | Banco.az

Dilənçi milyonçu oldu

Şəhər küçələrində dilənçilik edən kişi bir qadının şəfqəti və insansevərliyi nəticəsində milyonçu olub. 21 il əvvəl yaşanmış hadisəni unutmayan sabiq dilənçi o qadına minnətdarlıq etmək fikrinə düşüb. 

Bildirilir ki, olay Çinin Çjeszyan vilayətində yaşanmışdı. 1993-cü ildə 17 yaşı olan He Ronfen Tayçjou şəhərinin küçələrində dilənir, ailəsini acından ölməkdən qurtarmağa çalışırdı.

"Dostlarımla birlikdə Tayçjouya iş tapmaq üçün getmişdik. Amma bəxtimiz gətirmədi, küçələrə düşdük. Ac, pulsuz, ayaqyalındıq. Çıxış yolunu görmürdük, həyatın dibində idik. Lakin o qadın peyda oldu və bizi xilas etdi", - He Ronfen deyib.

1993-cü ildə 24 yaşı olan Day Zinfen küçələrdə dilənən gənclərə yaxınlaşaraq deyib: "Ərimlə birlikdə əriştə hazırlyıb satırıq. Gəlin, qonağımız olun".

Qadın 3 gənci birotaqlı evinə aparıb. Orada Dayın əri qonaqları gülərüzlə qarşılayıb, onları əriştəyə qonaq edib. Day su qızdırıb, gənclərin yaralarla örtülmüş ayaqlarını yuyub. Axşam isə qonşu şəhərdəki qohumlarına zəng vuraraq bu gənclərə iş tapıb.

Ən sərfəli kredit üçün müraciət et

Ertəsi gün Dayla əri gənclərə yolpulu verərək onları qonşu şəhərə yola salıb.

"Bizə dedi ki, çoxlu pul qazanmaq şərt deyil: əsas məsələ yaxşı insan olmaqdır. Bu məsləhət o qadının mənə verdiyi ən dəyərli hədiyyə idi. Dayın sözlərini və qonaqpərvərliyini, insanlığını unutmadım", - He Ronfen deyib.

1993-cü ildən bəri He mebel biznesində çalışıb və Çinin Lyaonin vilayətindəki Şenayan şəhərində uğurlu sahibkarlardan birinə çevrilib.

O, qadını unutmamışdı.

Dayın yanına yollanan He 45 yaşlı qadına 1 milyon yuan, yəni 160 min dollarlıq bank çekini hədiyyə edib.

Qadın isə sabiq dilənçinin pulunu qəbul etməyib.

"Çox təsirləndim, kövrəldim. Amma bu pulları əsla qəbul edə bilməzdim. Axı pulları qazanmaqda Reyə yardım etməmişdim", - söyləyən Day yalnız Henin ona aldığı dərmanları qəbul edib.

Milli.Az

Ən sərfəli krediti almaq üçün müraciət et