Dəyişmək növbəsi banklara çatıb - Peter Fisk | Banco.az

Dəyişmək növbəsi banklara çatıb - Peter Fisk

Müsahibimiz: Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsinin qonağı, bestsellerlər müəlllifi və dünyanın ən yaxşı iqtisadi zəka sahiblərindən biri olan Peter Fisk

İlk öncə müsahibə üçün təşəkkür edirəm, mənə maraqlıdır, Azərbaycanda çıxış edəcəyinizi biləndə, onunla bağlı hər hansı bir araşdırma etdinizmi, ümumiyyətlə bura gəlməzdən öncə Azərbaycanda biznes haqqında hər hansı bir məlumatınız var idi?

Mən bilirdim ki, Azərbaycan regionda ən vacib ölkələrdən biridir, Bakı “İpək yolu” üzərində yerləşir və  bu yol üzərində vacib mövqeyə malikdir. Mən Türkiyədə işləyəndə bir çox insanlar Şərqlə Qərbi birləşdirdən bu yoldan və onun bugünkü dünyada daşıdığı əhəmiyyətdən danışırdı. Əlbəttə dünyada hamı kimi mən də Bakını neftinə görə tanıyırdım və ən maraqlısı odur ki, bura gələndən sonra “Bakının neftdən daha çox bir şey olduğunu” kəşf etdim. Sevinirəm ki, Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi bu görüş mənə Bakını tanımaq imkanı verdi. 

Sizin əsas təqdimatlarınız dünyadakı qaydaları dəyişən kampaniyalar ilə bağlı idi. Bilmək istərdim, “oyun qaydalarını  dəyişən” bir insan kimi necə düşünürsünüz, maliyyə və bank sektorunda, nələrisə dəyişmək digər sektorlar ilə müqayisədə daha çətin deyil ki?

Xeyr, daha asandır.

Çünki son yüzillik ərzində bank sektorunda digərləri ilə müqayisədə daha az dəyişiklik və yenilik olmuşdur. Banklar həmişə olduğu kimi bir-birinə oxşardır, heç vaxt dəyişməyib, demək olar ki, son əsrdə bankçılıq dəyişikliyə məruz qalmayıb. Amma siz telekommunikasiya,  səyahət, pərakəndə sektora nəzər salsanız, görərsiniz ki, yüz il ərzində bütünlüklə, köklü şəkildə dəyişib.

Bankçılıq isə dəyişməyib. Deməli indi dəyişmək vaxtıdır. Baxın, qaydalar sadəcə ondan ötrü yaradılıb ki, başqa ediləsi heç nə yoxdur. Siz yeni dəyişən dünya ilə ayaqlaşmaq üçün yeni qaydalar yarada bilərsiniz. Qayda yaratma özü belə kreativ prosesdir.

Siz qaydaların özünü deyil, bankçılığın özünün əsas mahiyyətinin, niyyətinin nə olduğunu aydınlaşdırmalısınız. Yəni bankçılıq hansı məqsədə xidmət edir.

 Yaxşı, bəs sizcə, bankçılığın məqsədi nədir?

Mənə görə, bankçılığın əsas məqsədi sadəcə pul idarə etmək deyil, bankçılığın əsas məqsədi “insanlara daha çox şeylər etmək qabiliyyəti” verməkdir.

Pərakəndə bankçılıq   - insanlara daha yaxşı həyata sahib olmağa kömək etməlidir. Onlarda daha yaxşı təhsilə, səhhətə sahib olmaq, onları övladları üçün daha yaxşı təhsil imkanı və ya istirahət imkanı qurmaq üçün kömək etməlidir.

Korporativ bankçılığa və ya biznes bankçılığına gəldikdə isə - banklar digər bizneslərə böyüməyə kömək etməlidir. Yəni mən necə innovasiya edə bilərəm, mən necə böyüyə bilərəm, mən necə yeni müştəri tapa bilərəm, mən necə irəli gedə bilərəm? Bütün bu suallara cavab tapmaqda, bank öz müştərisinə yardım etməlidir.

Mənə elə gəlir ki, insanların çoxu bançılığı “status kvo”-nu qoruyan” bir qurum kimi görür, dəyişməyən, pul idarə edən bir təşkilat kimi təsəvvür edir.

Amma bankın məqsədi cəmiyyətə və insanlara inkişaf etməyə kömək etməkdir. Biz bankçılıq üçün yeni məqsəd müəyyən etdikdən sonra, onun bu məqsədə çatmaq üçün yeni modullarını da düşünə bilərik ki, insanlara daha yaxşı həyat səviyyəsinə çatmağa kömək etsin, bizneslərini isə böyüməyə ruhlandırsın.  Bizim yeni qaydalarımız və yeni banklarımız olacaq, həmin banklar daha mənfəətli ola biləcək və ayrılıqda fərdlər və bizneslər də banklardan daha çox fayda əldə edə biləcək.

Gəlin bir az da sizin haqqınızda danışaq. Bildiyim qədəri ilə siz ilk olaraq, nüvə fizikası ilə məşğul olmuş, sonra isə Concorde-da işləmiş, Virgin ilə bir neçə uğurlu layihələrə start vermisiniz, bunlardan hansı sizə daha çox təcrübə qazandırıb, sizə daha çox şey öyrədib?

Nüvə fizikası adı gələndə, bəlkə də çoxlarını dəhşət bürüyür. Çoxları üçün qəliz səslənə bilər. Bəs, mən ondan nə öyrəndim?

Öyrəndim ki, elm kreativ prosesdir. İrəli getməyin yeganə yolu nəyisə sınamaq və təcrübədən keçirməkdir. Nəyisə təcrübə etmək üçün isə siz imkanları (mümkün variantları) təsəvvür etməlisiniz. Albert Eynşteyn,  çox bərbad riyaziyyatçı idi, lakin o, özünün yaradıcı dahi təxəyyülündən istifadə edə bilirdi.  O materiya və enerjini təsəvvür etdi. Sonra isə onlar arasında əlaqəni tapdı. Deməli siz əvvəlcə kreativ fərziyyələr yaratmalı, sonra isə onların işləyib-işləməycəyini öyrənmək üçün test etməli,  onları sınamalısınız. Deməli sizin geniş yaradıcılıq qabiliyyətiniz və düşüncəniz olmalıdır. Biznesdə də belədir.

Ən sərfəli kredit üçün müraciət et

Sizin çoxlu-çoxlu məlumatlarınız, analizləriniz və s. olur. Lakin sizin kreativliyə ehtiyacınız var ki, “əgər bunu etsəm, ondan necə” sualını verə və eksperimentlər edəsiniz. Beləliklə də siz yeniliklər yaradacıqsınız. Elmin mənə öyrətdiyi bunlardır. Elm –kreativ prosesdir.

Concorde-u idarəetmə ilə bağlı isə deyim ki, ən yaxşı təcrübəm bunlar olub: Concorde dünyanın səs surəti ilə hərəkət edən (supersonik) təyyarələridir, bu dəbdəbəli həyat tərzi demək, dünya ulduzları kimi Nyu-Yorkdan Londona cəmi 3 saata uçmaq demək idi. Sən saat 2-dən təyyarəyə minirsən və gedib həmin yerə çatanda hələ yeni gün başlamamış olur. Çünki həmin yerdəki saat fərqi nəticəsində zaman etibarı ilə geriyə qayıtmış olursan. Bu bir növ zamanda hərəkət etmək idi.

Ən maraqlısı isə o idi ki, mən müştəri təcrübəsinin idarəetməsi ilə məşğul idim. Mən məhsulu deyil, müştəri təcrübəsinin hər bir pilləsini idarəetməli idim: “Onlar hava limanına necə gəlir, təyyarəyə necə minir, harada qeydiyyatdan keçir, onlar hava limanında nə edir, onlar nə yeyir, hansı qəzeti oxumaq istəyir, otelə necə gedib çıxacaqlar, hansı nəqliyyatdan istifadə edəcəklər, harada maşın kirayələyə bilərlər və s...”  Mən müştəri təcrübəsini idarə edirdim və çox zaman biz biznesdə məhsula fokuslanırıq, yəni sən Coca-Cola satırsansa, sənin fikrin içkinin satışında cəmlənir, ya sən otel sahibisənsə, sən müştərinin otağı və çarpayısı haqqında düşünürsən və s. Amma hər biznesdə müştəri təcrübəsi var, bu müştərinin otelə gəlməsindən  və ya içkini almasından çox-çox öncə başlayır və məhsulda başa çatır. Müştəri təcrübəsi  vertikal düşünmək əvəzinə, məsələn, satış, xidmət, marketinq, servis, dəstək və s əvəzinə, müştərinin nə etdiyini və ya nə istədiyini bütünlüklə üfüqü şəkildə əhatə edir.  Bütün bunlar 20 il əvvəl olub və mənim üçün hələ də bir təcrübə kimi öz əhəmiyyətini qoruyub saxlayır.

Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsi

Cavabınız üçün, çox təşəkkür edirəm. Amma bir məqamda var. Siz həm də öz kitablarınıza görə məşhursunuz.  Sizin heç bir kitabınızı oxumamış və onlardan hər hansı biri ilə başlamaq istəyən oxucuya nə tövsiyə edərdiniz. Sizin kitabların mütaliəsi hansı ardıclıqda olmalıdır?

Məncə siz istənilən biri ilə başlaya bilərsiniz. Çünki əsas başlamaqdır. Amma məncə ən vacib müştəridir, ona görə “Customer Genius”-la başlamaq olar. Bu kitab, sizə müştərini anlamaqda, onu dərindən başa düşməkdə kömək edər və müxtəlif təcrübəni sizinlə paylaşar. Amma bu kifayət deyil.  Çünki siz həm də bazar haqqında düşünmək iqtidarında olmalısınız.  Çünki əgər siz yanlış bazarda, yalnış seqmentdəsinizsə, yalnış müştəriyə hədəflənmisinizsə uduzacaqsınız. Ona görə də növbəti addımda siz “Marketing Genius” haqqında düşünməlisiniz.  Sonra isə siz bütün bunları necə pula çevirməyi, pul qazanmağı, təşkilat qurmağı öyrənmək üçün sizin “Business genius”-a ehtiyacınız olacaq.  Bütün bunlardan sonra siz yenə də irəli gətməlsiniz və dəyişən dünyaya uyğunlaşmalısınız.  Bu zaman sizin innovasiyaya, və yaradıcılığa, təxəyyülə ehtiyacınız olacaq. Onda sizə “Creativ Genious” lazım gələcək.

Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsi

Dekabrda isə mənim yeni kitabım çıxacaq, o, “Gamechanger” (oyun dəyişdirən) adlanır.  Bu isə 2014-2015-ci illərdə dünyanı dəyişən kampaniyalar ilə bağlıdır. Bu, sözün əsl mənasında maraqlı, kampaniyalardan bizim nə öyrənə biləcəyimizdən bəhs edir. Bu kitabdakı şirkətlərin əhatəsi çox genişdir. Kitab “ Siz öz biznesinizi necə yardırsınız? Biznesinzi qurarkən həm də necə dəyişə bilərsiniz? Sizə irəli getmək üçün qaydaları qırır, yeni qaydalar yaradırsınız və yeni məkanlar tapırsınız.- kimi məsələlləri əhatə edir. Mən yeni kitabı tövsiyə edərdim ki, çünki orda çoxlu yeni danışacaq hadisələr var.

Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsi

- Müsahibə üçün təşəkkürlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et