Deutsche Bankdan Fed-ə böhran xəbərdarlığı | Banco.az

Deutsche Bankdan Fed-ə böhran xəbərdarlığı

İqtisadi bazarların yaxından izlədiyi Deutsche Bank ABŞ Baş iqtisadçısı Cozef Lavorgnadan Fed-in faizleri artırmaması halında yeni bir maliyyə böhranı ilə qarşı-qarşıya qalacağı barədə xəbərdarlıq verdi. Marketwatch-a müsahibə verən Lavorgna, iqtisadiyyatın ABŞ Mərkəzi Bankı Fed-in verdiyi proqnozdan daha tez yaxşılaşdığını ifadə etdi. İqtisadçı, "Altı ay ərzində işsizlik nisbəti 6%-dən aşağı enəcək, inflyasiya 2% olacaq. Hal-hazırda nəzərdə tutulan hadisələri geridə qoymuş vəziyyətdəyik. İlin sonunda işsizliyin 5,2% və ya 5,4% səviyyəsinə gəldiyini görəcəyik. Fed siyasətiylə iqtisadi yaxşılaşma dövrünün gerisində qalır. Yaxın zamanda faizlərin qalxması lazım olacaq"dedi.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et