Banco.az Vergilər Nazirliyinə istinadən 2019-cu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin sual və cavablarla izahlarıni təqdim edir. Bütün suallarla buradan tanış ola bilərsiniz. https://goo.gl/98AMVv
Bakı şəhərində fərdi qaydada dərzi fəaliyyəti ilə məşğulam. Əldə etdiyim gəlirdən nə qədər vergi ödəməliyəm?
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər aylıq 10 manat məbləğə Bakı şəhərində 2 əmsalı tətbiq etməklə 20 manat sabit vergi ödəyir və verginin ödənilməsi barədə qəbz əldə edir. Nəzərə almaq lazımdır ki, bu əmsal Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Nafta- lan şəhərlərində 1,0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0,5-dir. Sadələşdirilmiş verginin ödənilməsi barədə sabit qəbz əldə edən şəxslərin vergi öhdəliyi yerinə yetirilmiş hesab olunur. Dərzi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranmır. Məlumat üçün qeyd edək ki, vergi ödəyicisi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Vergi ödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir.
Əsas: Vergi Məcəlləsi, 220.10-cu maddə