“Depozit portfelimiz o qədər sürətlə artır ki, xarici kreditlər bizə lazım olmayacaq” | Banco.az

“Depozit portfelimiz o qədər sürətlə artır ki, xarici kreditlər bizə lazım olmayacaq”

“AccessBank” yaxın 1-2 il ərzində xaricdən kredit cəlb edəcəyini gözləmir.

Bunu, AccessBank-ın təşkilatçılığı ilə keçirilən biznes forumda Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

“Depozit portfelimiz o qədər sürətlə artır ki, bizim daxili proqnozlar ilə, yazın 1-2 il ərzində xarici kreditlərdən istifadə etmək bizə lazım olmayacaqdır. Depozitlərin yerli valyutada artması kreditləşmənin yerli valyutada aparılmasına kömək edir”.

Anar Həsənov qeyd edib ki, hər ay "AccessBank"ın depozit portfeli 20-30 milyon manat civarında artır. Eyni zamanda, Bank tərəfindən hər ay təxminən 30 milyon manatlıq 5000 kredit verilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bankın sədri əlavə edib ki, depozitlərin sürətlə artmasının səbəbləri əmanətlərin tam sığortalanmasının daha bir il uzadılması, ölkdə iqtisadi aktivliyin, əhalinin gəlirlərinin artması və səhmdarları nüfuzlu beynəlxalq təşkilatlar olduğundan “AccessBank”a olan əlavə inamdır.

Anar Həsənov vurğulayıb ki, hedc qiymətləri yüksək olduğundan xaricdən kredit cəlb etmək sərf etmir: “1,5% ilə yerli bazardan xarici valyutada vəsait cəlb etmək daha sərfəlidir. Artıq verdiyimiz kreditlərin də 97%- milli valyuta ilədir. Xarici valyutada kreditlər yalnız gəliri xarici valyutada olan müştərilərə ayrılır”.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et