DB Azərbaycan üzrə proqnozlarını açıqlayıb | Banco.az

DB Azərbaycan üzrə proqnozlarını açıqlayıb

Neftin qiymətinin aşağı düşməsi, inflyasiya səbəbindən real gəlirlərin azalması səbəbi ilə 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 1,9% azalacağı proqnozlaşdırılır. "APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı hesabatda bildirilir.

Hesabatda bildirilir ki, tədricən neft qiymətlərinin artması ilə iqtisadi artım 2017 ildə yüksələrək 2018-ci ildə 1,3% səviyyəsinə çıxacaq. "Sosial xərclərin yüksək olması (ÜDM-in 4%-i) və Cənub Qaz Dəhlizinin tikintisi (ÜDM-in 4,25%-i) də daxil olmaqla dövlət investisiyalarının həcminin artması səbəbindən 2016-cı ildə büdcə kəsirinin ÜDM-in 14%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiyalarının böyük hissəsi xaricdə yerləşdiriləcəyindən onun daxili iqtisadiyyata təsiri də məhdudlaşacaq", - deyə hesabatda qeyd olunub.
 
Bank hesab edir ki, 2016-cı ildə cari əməliyyatlar balansındakı kəsr artaraq ÜDM-in 4,7%-ni təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et