Dahilərin əziyyət çəkdikləri xəstəliklər | Banco.az

Dahilərin əziyyət çəkdikləri xəstəliklər

Aparılan araşdırmalara görə yaradıcılıq depresiya, şizofreniya, bipolyar pozuntu ilə əlaqəlidir. Bu baxımdan yanaşsaq deyə bilərik ki, bəlkə də bəzi xəstəliklər olmasaydı günümüzdəki bir çox sənət əsəri və kəşf ortaya çıxmamış olacaqdı. İndi isə gəlin, hamınızın yaxşı tanıdığı bəzi dahi insanların hansı xəstəliklərdən əziyyət çəkdikləri ilə tanış olaq;

İsaak Nyuton (1643-1727)

Nyuton hər kəsin bildiyi kimi ingilis fiziki, riyaziyyatçı, astronom, fəlsəfəçi və kimyaçı alimdir. Elm aləminə böyük tövhələr verən bu dahi şəxsiyyət Asperger sindromundan əziyyət çəkirdi. Bu sindrom psixi pozğunluq olub, bəzən Autizminin bir forması da hesab edilir. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Nyuton həmçinin kəkələmə və epilepsiya problemlərindən də əziyyət çəkirdi.

Pifaqor (e.ə 570 – e.ə 495)

İoniyalı Pifaqor filosof, riyaziyyatçı və Pifaqorçuluq cərəyanının banisidir. Obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən filosof bu xəstəlik səbəbilə öz fikirlərinin tamamilə doğru olduğuna inanırdı. Qeyd edək ki, həmçinin sarışan hallar nevrozu olaraq tanınan bu xəstəlik təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.

Salvador Dali (1904 – 1989)

Ən sərfəli kredit üçün müraciət et

Məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali Parkinson xəstəliyindəndiqqət dağınıqlılığından əziyyət çəkirdi.

Çarlz Darvin (1809 – 1882)

Təkamül nəziyyəsinin banisi olan ingilis təbiətşunası kəkələyərək danışırdı. Nadirən rast gəlinən bir xəstəlik olan Şaqas xəstəliyindən də əziyyət çəkən alimin orqanizmində yumşaq qanadsız böcəklər gəzirdi.

Vinsent van Qoq (1853 – 1890)

Məşhur hollandiyalı rəssam Van Qoq kliniki depresiyadan əziyyət çəkirdi. Bununla yanaşı ömrünün sonlarına yaxın epilepsiya xəstəliyinə də yoluxmuşdu.

Albert Eynşteyn (1879 – 1955)

Alman nəzəriyəçisi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn dinləmə, danışma, oxuma, yazma, fikir bildirmə və riyazi bacarıqların qazanılmasında çox böyük çətinliklər yaradan disleksiya xəstəsi idi. Həmçinin Nyuton kimi o da Asperger Sendromundan əziyyət çəkirdi.

Tamara Mustafayeva, banco.az