Daha bir bankın kapitalı 50 mln. manatdan aşağı düşüb | Banco.az

Daha bir bankın kapitalı 50 mln. manatdan aşağı düşüb

AGBank 2017-ci il 31 dekabr tarixinə olan maliyyə göstəricilərini açıqladı.

Bankın hesabatlarından aydın olur ki, bank ötən ili zərərlə başa vurub. 6,687 mln. manat xalis zərərdə olan AGBank-ın kapitalı azalıb. Belə ki, bankın kapitalı 1 il ərzində 54 mln. manatdan 47 mln. manata düşüb.

Qeyd edək ki, bankın cəmi aktivləri 488,403 mln. manat, öhdəlikləri isə 441,233 mln. manat olub. 2017-ci il ərzində kredit verilişini dayandıran bankın kredit portfeli 282,907 mln. manata düşüb. Depozit portfeli isə 216,622 mln. manat təşkil edib. Bank ötən il, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1,347 mln. manat ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

Tam hesabatla buradan tanış ola bilərsiniz:

Balans hesabatı

Mənfəət və zərər hesabatı

Ən sərfəli krediti almaq üçün müraciət et