Daha bir bank zərərdədir - MALİYYƏ HESABATI | Banco.az

Daha bir bank zərərdədir - MALİYYƏ HESABATI

2017-ci ilin sonuna maliyyə nəticələrini açıqlayan Muğanbank-ın zərərdə olduğu məlum olub.

Belə ki, 31 dekabr tarixinə əməliyyat gəlirləri 8,714 mln. manat olan bank, işçi heyətinin saxlanılmasına 12,107 mln. manat, ümumi administrativ və sair əməliyyatlara 10,553 mln. manat xərc çəkib. Nəticədə, 4-cü rübü 6,342 mln. manat zərərlə başa vurub.

Qeyd edək ki, həmin dövrə bankın cəmi aktivləri 480,177 mln. manat, cəmi öhdəlikləri isə 411,160 mln. manat olub. Müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği 349,071 mln. manat təşkil edib. Bankın cəmi kapitalı isə 69,017 mln. manat həcmində olub.

Ən sərfəli kredit üçün müraciət et

Tam hesabatla buradan tanış ola bilərsiniz:

Ən sərfəli krediti almaq üçün müraciət et