Daha bir bank mənfəətə çıxdı - HESABAT | Banco.az

Daha bir bank mənfəətə çıxdı - HESABAT

“Turan Bank” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.

Bankın hesabat dövründə faiz gəlirləri 30,9 mln manat, faiz xərcləri 21,2 mln manat olub. Xalis faiz gəlirləri 9,7 mln manat təşkil edib.

Qeyri-faiz gəlirləri 3 mln manat, qeyri-faiz xərcləri 12 mln manat təşkil edib.Sonda xalis əməliyyat mənfəəti 732 min manat olub.

Yekunda bank 2018-ci ili 70 min manatla mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 1,2 mln manat zərərlə başa vurmuşdu. Lakin buna baxmayaraq bank bu ili mənfəətlə başa vurub.

Bankın cəmi aktivləri hesabat dövründə ötən ilə nəzərən 7,93% artaraq 492,6 mln manat, cəmi kapital isə 59,1 mln manat olub.

Bankın kredit portfeli 2018-ci il üçün ötən ilə nisbətən 21,48% artaraq 313,1 mln manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et