Cristiano Ronaldo 450 milyon dollarlıq imperiyanı necə qurdu? | Banco.az

Cristiano Ronaldo 450 milyon dollarlıq imperiyanı necə qurdu?

Söhbət dünyanın ən varlı futbolçusundan gedir, 33 yaşlı xalis sərvəti 450 milyon dollar olan dünyanın ən yaxşı hücumçusu Ronaldodan gedir. Forbesin iyunun 5-ə olan statistikasına görə  onun bu il qazandığı gəlir 108 milyon dollar olub, bunun 61 milyon dolları bonuslardan və qələbələrdən, 47 milyon dolları isə imzaladığı müqavilələrdən qaynaqlanır.

Burada Ronaldo yoxsa  Messi söhbətini müzakirə etmək istəmirəm, mənim demək istədiyim əsas məsələ Ronaldo olmağın sirridir.

18 yaşında Ronaldo ingiltərənin qırmızı şeytanları adlandırılan Mançester Yunayted klubu ilə müqavilə imzalayır, demək olar ki onun həyatının ən yaxşı dövrü bu hadisədən sonra başlayır. Karyerasında 654 gol vuraraq toru silkələyən Ronaldo, təkcə öz ayaqlarını 144 miıyon dollara sığortalayıb.

Ronaldo idmanda ən bahalı oyunçu hesab edilə bilər, lakin təkcə o real dünyada deyil, virtual dünyada da əl çatmazdır. Futbolda ən məhsuldar olan Ronaldo, sosial medya aləmində də ən məhsuldar atletdir. Kristiano Facebook, Instagram və Twitter hesabları ilə onunla müqayisə edilən Neymar, Messi kimi futbolçuları üstələyir. Hookit medya agentliyinə görə Ronaldonun sosial media platformaları üzrə 323.4 milyon izləyicisi mövcuddur.  Hətta dünyanın ən yaxşı brazilyalı hücumçusu Ronaldinho belə 83.7 milyon izləyici sayı ilə Ronaldodan geridədir. Təkcə instagram hesabı ilə Ronaldo planetin üçüncü ən çox izləyicisi olan atlet hesab edilir, izləyici sayı isə 128 milyon nəfərdir.

Əslində yuxarıdakılar böyük şirkətlərin sosial medya postlarına niyə bu qədər çox pul xərclədiyini də bir tərəfdən açıqlayır. Hookitin araşdırmasına görə Ronaldonun hər  postu təqribən 2.3 milyon insana çatır. Bu postlar Nike kimi şirkətlər üçün 1.8 milyard dollarlıq gəlir deməkdir.  Sosial media araşdırma şirkəti İzeaya görə Ronaldo 2018-ci ildə hər sponsorlu instagram postundan təqribən 400 000 minə qədər gəlir gətirib.

Yəni Ronaldo böyük şirkətlərin sosial medyadakı üzü halına gəlib, yəni bu şirkətlərin social media manager vəzifəsini ronaldonun postları icra edir. Böyük şirkətlər yox eyni zamanda kiçik şirkətlər bundan faydalanır. Təkcə onu demək olar ki, bu şirkətlər saat şirkətlərindən tutmuş Misirin polad şirkətinə qədər  uzanır.

Ən sərfəli kredit üçün müraciət et

Bu sahədə Ronaldo rəqibsiz olduğundan 2016-cı ildə  ömrünün sonuna qədər Nike ilə bir milyardlıq müqavilə imzalayıb. Bu müqaviləyə görə Ronaldo futbolu tərk edib pensiya yaşına çatandan sonra belə Nike ona pul ödəməyə davam edəcək. Basketbol əfsanəsi, NBA-in bir nömrəsi Michael Jordan da 2003-cü ildə Nike ilə belə bir müqavilə imzalamışdı. Lakin hər varlı etdiyi kimi Ronaldo da vergidən qaçır, buna görə də 21.7 milyon dəyərində  cərimə ödəməlidir.

Ronaldo eləcə də, dünyanın ən güclü investorlarından biridir. Ronaldonun şəxsi alt paltarı , ayaqqabı, ədyal, ətir, mobil proqramlar istehsal edən şirkətlərə, medya agentliyi, restoran və hətta otelə rəhbərlik edir. 2015-ci ildə Ronaldo Pestana Hotel Group-a 40 milyon dollar sərmayə qoyub.

Ronaldonun həyat tərzi anlayışı da əsl varlılar kimidir. O, Madriddə 7,1 milyon dollarlıq villaya və Nyu-Yorkda Trump Tower-da 18,5 milyon dollarlıq mənzilə sahibdir. Futbol ulduzu Lamborghini və Ferrari də daxil olmaqla bir çox bahalı avtomobillə sahibdir. İndi isə 3 milyon dəyərində olan üzərindəki CR7 loqosu ilə xüsusi Bugatti Chiron sürücüsüdür. Hətta təxminən 17 milyon dollara başa gələn özəl bir jetə malikdir, onun da üzərində CR7 loqosu mövcuddur.

Xəzər Aslanov. banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et