Yay aylarının əvəzedilməz içkilərindən olan “Coca-Cola”, “Fanta” və “Sprite”, İngiltərədə milyonlara xitab edəcək bir marketinq və reklam kampaniyası hazırlayır. Kampaniyanın qazlı içkilərin satışını artıracağı düşünülür.
Kampaniyanın “Coca-Cola”-nın 2016-cı ildə çıxan “Coca-Cola Zero Sugar” (şəkərsiz Coca-Cola) reklamı ilə eyni məzmunda olacağı gözlənilir.
“Coca-Cola” istifadəçilərə rahatlıq yaratmaq üçün reklam paketlərinə basılan kodların etibarlı olması ilə artıq internet vasitəsilə satışlar həyata keçirəcəklərini elan etdi.
“Coca-Cola”-nın Böyük Britaniya üzrə marketinq müdiri Alek Mellor belə deyir: “Ötən il həyata keçirdiyimiz yay kampaniyasının əldə etdiyi uğurdan sonra, 2018 – ci il üçün olan tanıtımımızı başlatmağın həyəcanını yaşayırıq və insanlara “Coca-Cola”-nın yay aylarını nə üçün xüsusi hala gətirdiyini xatırladırıq. Təcrübələrimizin pərəstişkarlarımız üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik və buna görə də diqqətlə çalışır, daha çox insanın bu yay aylarında yeni məhsullar istifadə etməyə başlayacağını ümid edirik.”
“Coca-Cola” satışlarının azalmasından sonra nailiyyətlərini artırmaq üçün fəaliyyətə başladı. “Coca-Cola Light” , “Coca-Cola Zero” kimi reklam kampaniyaları ilə gəncləri hədəf almağa nail olmuşdu. “Coca-Cola Zero” adını 2016-cı ilin aprel ayında “Coca-Cola Zero Sugar” olaraq dəyişdirdiyi zaman bu addım satışlara sürətli şəkildə təsir etmişdi.
“Coca-Cola” yay ayları üçün yeni məhsulu ilə qarşımıza çıxamağa hazırlanır və artıq “Coca-Cola Fuze Tea” kimi məhsullarının bazara çıxarılması ilə yeni bazarlara da daxil olmuşdur.
Tamara Mustafayeva, banco.az