Çinin “Vencou Nisin” şirkəti Azərbaycana investisiya yatırmaq istəyir | Banco.az

Çinin “Vencou Nisin” şirkəti Azərbaycana investisiya yatırmaq istəyir

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlunun bu ölkənin iri şəhərlərindən olan Vencounun meri Yao Qaoyuan və digər rəhbər şəxslərlə görüşündə ölkəmiz ilə Vencou arasında ticarət və investisiya sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Mer iki tərəf arasında ticarət və investisiya sahəsində daha geniş əməkdaşlıq üçün potensialı olduğunu bildirib, müvafiq təkliflər irəli sürüb.

Ticarət nümayəndəsi bildirib ki, Azərbaycanın siyasi sabitliyi və iqtisadi imkanları xarici sərmayəçilər üçün əlverişli investisiya mühiti yaradıb. O, Vencoudan Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiyaların cəlb olunmasına ümid etdiyi bildirib, ölkəmizin keyfiyyətli qida və kənd təsərrüfatı məhsullarının Vencou şəhərinə ixracının artırılmasında maraqlı olduğunu deyib.

Azərbaycana investisiya yatırmaq istəyən “Vencou Nisin” şirkətinin rəhbərliyi ilə görüş də keçirilib.

Qeyd edək ki, Çinin Cıcian vilayətinin 9 milyondan çox sakini olan Vencou şəhəri ölkədə iqtisadi islahatların həyata keçirilməsində, xüsusən özəl sektorun fəaliyyəti baxımından öncül sıralarda olub. Çin iqtisadiyyatında özəl sektorun yaranma yeri hesab olunan Vencou bir model kimi qəbul edilir. Ümumi daxili məhsulu (ÜDM) 100 milyard ABŞ dollarına yaxın olan Vencouda bir neçə sənaye zonası fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et