Çinin ilk dörd ayda artan xarici ticarət dövriyyəsi may ayında azalıb | Banco.az

Çinin ilk dörd ayda artan xarici ticarət dövriyyəsi may ayında azalıb

Çinin Baş Gömrük İdarəsi 2019-cu ilin ilk yarısına aid xarici ticarət göstəricilərini açıqlayıb. Açıqlamaya əsasən, may ayında ABŞ hökuməti 200 milyard dollar dəyərində Çin mallarına tətbiq olunan gömrük vergisini 10 faizdən 25 faizə qaldırandan sonra ölkənin ixracatı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz, idxalatı isə 7,3 faiz azalıb. Rəsmi rəqəmlərə əsasən, Çinin xarici ticarəti ilin ilk yarısı üzrə 3,9 faiz artıb. İlk altı ayda ölkənin ixracatı 6,1 faiz, idxalatı isə 1,4 faiz çoxalıb. Ümumi xarici ticarət həcmi 2,14 trilyon dollar olub. Digər tərəfdən, ilin ilk yarısının statistik göstəricilərinə əsasən, Çinin ABŞ-a ixrac etdiyi malların dəyəri 8,1 faiz aşağı düşərək 199,4 milyard dollar olub, ABŞ-dan idxal isə 29,9 faiz azalaraq 58,9 milyard dollar səviyyəsinə enib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çinin dövlət başçısı Şi Cinpinq ilə ABŞ Prezidenti Donald Tramp iyun ayının sonunda G20 ölkələrinin Osakada keçirilmiş zirvə toplantısında görüşərək iki ölkə arasında ticarət müzakirələrinin davam etdirilməsi barədə razılığa gəlmişdilər. 

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et