Çindən ABŞ-ın şirkətlərinə sanksiya təhdidi | Banco.az

Çindən ABŞ-ın şirkətlərinə sanksiya təhdidi

Çin Xarici İşlər Nazirliyinin spikeri Gıng Şuang verdiyi açıqlamada, ABŞ-ın Tayvana hərbi təyyarə satışı planından imtina etməsi və Tayvan rəhbərliyi ilə bütün hərbi əlaqələrə son qoyması lazım olduğunu söyləyib. 

Vaşinqtonun satış qərarından imtina etməməsi halında sözügedən satışda iştirak edən ABŞ-ın silah şirkətlərinə sanksiya tətbiq olunmasının planlaşdırıldığını qeyd edən Gıng, sanksiyaların məzmununa dair isə ətraflı məlumat verməyib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Tayvana 8 milyard dollar dəyərində 66 ədəd F-16 təyyarə satır.

Xatırladaq ki, ABŞ, 1972-ci ildən bu yana Tayvanı rəsmən Çinin bir hissəsi olaraq tanıyıb. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et