Çində sahibkar işçilərinin əhvalları pis olduğu halda işə gəlməməsinə icazə verib | Banco.az

Çində sahibkar işçilərinin əhvalları pis olduğu halda işə gəlməməsinə icazə verib

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin “Pang Dong Lai” şirkəti işçilərinə pis əhval-ruhiyyədə işə gəlməməyə icazə verib.

Banco.az xəbər verir ki, şirkətin qurucusu və sədri Yu Dunlay işçilərinə 10 gün istirahət etmələrinə və əhvalları pis olduqda işə gəlməmələrinə icazə verib.

“Mən hər bir işçinin azad olmasını istəyirəm. Hərkəsin özünü xoşbəxt hiss etmədiyi anlar olur. Ona görə də xoşbəxt deyilsinizsə, işə gəlməyin”, - deyə iş adamı bildirib.

Bundan əlavə, şirkət rəhbərliyi işçilərinin məzuniyyət günlərinin sayını 30-dan 40-a çatdırıb. İstirahət günləri işçinin istəyi ilə verilir, rəhbərlik onları işçiyə verməkdən imtina edə bilməz.

Sahibkarın fikrincə, onun şirkəti bundan ancaq fayda görəcək, çünki pis əhval-ruhiyyədə olan insanın müəyyən bir işi tamamlamamaq və ya planı pozmaq şansı daha yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sahibkarın açıqlamaları sürətlə mediada və sosial şəbəkələrdə yayılıb. İnternet istifadəçiləri onun ideyalarını dəstəklədiklərini bildiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et