Çin Mərkəzi Bankı qızıl alışını davam etdirir | Banco.az

Çin Mərkəzi Bankı qızıl alışını davam etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankı 17-ci ayda da qızıl alışını davam etdirib.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) mart ayında ardıcıl 17-ci dəfə öz ehtiyatları üçün qızıl alışı həyata keçirib.

Bazar günü açıqlanan rəsmi məlumatlara görə, Çin Mərkəzi Bankının qızıl ehtiyatı ötən ay artaraq 72,74 milyon unsiyaya çatıb.

Qeyd edək ki, qızılın qiyməti ABŞ-da faiz dərəcələrinin aşağı düşəcəyi proqnozları fonunda ötən iki ayda rekord qırıb. Bununla yanaşı, mərkəzi bankların alışları da 2022-ci ildən bəri qiymətli metalın möhkəmlənməsində mühüm amil olub.

Ümumdünya Qızıl Şurasının məlumatına görə, Çin və Hindistanın başçılıq etdiyi qlobal mərkəzi banklar fevral ayında da qızıl ehtiyatlarını artırmağa davam ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Çinin rəsmi ehtiyat aktivləri isə 2015-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et