Çin kapital axını ilə mübarizəyə başlayıb | Banco.az

Çin kapital axını ilə mübarizəyə başlayıb

Müəllif: Mehin Qasımova/Banco.az 

Çin yeni broker firmalarına və onların xaricdəki filiallarına ölkədən kənarda qiymətli kağızlar və aktivlərlə ticarət etməyə imkan verən yeni hesablar açmağı qadağan edib.

Banco.az xəbər verir ki,  bu müvafiq sərəncamda öz əksini tapıb.

Onlara həmçinin xaricdə birja ticarətinin bütün reklamlarını dayandırmaq, veb-saytlar,  mobil proqramlar daxil olmaqla, bu cür əməliyyatlar üçün bütün  kanalları bağlamaq tapşırılıb.

Məlumata görə,bu qərarın əsas səbəbi Pekinin  getdikcə daha fəal mübarizə aparmağa başladığı kapital qaçışı adlanır.

Avqustda xaricə 49 milyard dollar vəsait daxil olub ki, bu da 2015-ci ilin dekabrından bu yana rekord göstəricidir. İnvestorların bədbinliyi iqtisadi artımın yavaşlaması və yuanın ucuzlaşması ilə əlaqələndirilir.

Ekspertlərin  fikrincə, hakimiyyət xaricdə ticarət imkanlarını tamamilə qadağan etmək istəmir, əksinə, bunu nəzarətə götürmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

İdeya, bütün ticarət əməliyyatlarını rəsmi kanallara, məsələn, Stock Connect (Şanxay və Honq Konq birjaları vasitəsilə qiymətli kağızların ticarəti üçün platforma) köçürməkdir ki, burada pul çıxarılmasına nəzarət edilə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et