Çin internet bazarına aid 13 fakt (Təhlil) | Banco.az

Çin internet bazarına aid 13 fakt (Təhlil)

Çin internet bazarına aid 13 fakt

Edit Enq, Çinin «500 Startups»  adlı vençur fondunun rəhbəri, Çinin internet bazarı haqqında analitika hazırlayıb. Banco.az hesabata əsasən təhlildə yer alan ən maraqlı faktları diqqətinizə  təqdim edir.

1. Çin internet bazarının həcmi 751 milyon istifadəçidən ibarətdir.

  • 95% istifadəçi şəbəkəyə mobil telefonla daxil olur.
  • Ölkənin əhalisi 1,379 milyard insandır.
  • əhalinin 71%-də smartfon vardır.
  • İnternetdən istifadə edənlərin cəmi sayı 751 milyon insandır ( bu ölkə əhalisinin 54,3%-i deməkdir).
  • 724 milyon insan mobil internetdən istifadə edir.
  • 889 milyon insan WeChat messencerindən istifadə edir.
  • 500 milyon insan mobil ödənişlər gerçəkləşdirir.
  • Çinli internet istifadəçilərinin 72,1%-nin yaşı 10-39 arasında dəyişir.

2. Pekin ölkədə ən böyük startap mərkəzidir. Təkbuynuzların çoxu məhz orada yerləşir.

Image result for beijing

Şəhərlər

Məşhur  startaplar

Pekin

Baidu, Didi Chuxing, Xiaomi, Sohu, Weibo, Momo, 58, JD, Qunar, LeTV, Toutiao, ATA, Ku6, 36Kr, Babytree, 6.cn, New Oriental, Tal, Ofo, Kuaisho, Apus, Koudai, Mia.com,  Rong360, TuJia, URWork, VANCL, Weiying, Technology, Zhihu

Xançjou

Alibaba, Ant Financials, Netease, Kuaidi Dache, Mogujie, Tmall.com, Wacai, Xiami, Koubei, Tongbanjie,FraudMetrix.

Şanxay

Sina, Dianping, Youku, Tudou, Xiaohongshu, PPTV, Shanda, Ctrip, AdChina, PPDai, Agora, NIO, Rapid Finance, Dada Ele.me, Fanli iTutorGroup, Lu.com, Mofang, Gongyu, Xiaohongshu.

Şençjen

Tencent, Huawei, DJI, BYD, ZTE, iDreamsky, Xiu.com, Alcatel Onetouch, Zhong An Insurance, iCarbonX, UBTECH Robotics, Wuhan Douyu TV,  Dolphin.

Quançjou

UCWeb, 56.com, YY, Keduo, Vip.com, Aipai, Lizhi, Ejoy.

Çendu

Camera 360, Milanoo, Codoon, Huawei Symantec, Kanshu.

 

3. Çin hökuməti dünyadakı ən böyük vençur fonddur.

Ən vacib investor Çində - Tencent kompaniyasıdır. Bəzi maraqlı rəqəmlər:

$231 milyard dollar — dövlət vençur fondlarının dəstəyi ilə bu qədər investisiya cəlb olunub

46 – Çində fəaliyyət göstərən təkbuynuzların sayı bu qədərdir. ABŞ-dan daha çoxdur.


Təkbuynuz startapların sayı

Dəyəri 1milyard dollardan çox olan portfel şirkətləri

Tencent Holdings

10     

NIO, Guahao, Huochebang, iCarbonX, Koudai, Weiying, Didi Chuxing , Hike, Homelink, STX Entertainment.

GGV Capital

9

51Xinyongka, TuJia, Weiying, Xiaohongshu, Airbnb, DraftKings, OfferUp, Peloton Interactive, Wish.

Qiming Venture Partners

9

Xiaomi, Apptus, Fanli, iTutorGroup, Mogujie, TuJia, UBTECH Robotics, VANCL, Zhihu.

Sequoia Capital China

8

Dada, Ele.me, Jiuxian, Mia, Rong360, Toutiao, Xuanyixia, Guazi.

IDG Capital Partners

4

Royole, Avast, BeiBei, Mogujie.

Warburg Pincus

3

Koudai, Mofang Gongyu, Avaloq, Lieqin.

Temasek Holdings

3

NIO, Aiwujiwu, Xiaomi.

Matrix Partners China

3

Guazi, Liepin, Ofo.

 

Ən sərfəli kredit üçün müraciət et

4. WeChat —  çinlilər arasənda sadəcə ən populyar tətbiq deyil, o bir həyat tərzidir.

WeChat — əslində Facebook, WhatsApp, Tinder, Paypal və Slack-in qarışığıdır. Orta hesabla, çinli istifadəçilər smartfonlara 90 dəqiqə, 66 dəqiqə isə WeChat-a sərf edirlər.

WeChat rəqəmlərdə:

  • Tətbiqdən Çinin internet-əhalisinin 79,6%-i istifadə edir.
  • Aylıq aktiv istifadəçilərin syı 889 milyondur.
  • WeChat şəbəkəsində 10 milyon biznes hesabı vardır.
  • 200 min tətbiqçi (proqramçı)
  • Orta hesabla hər WeChat istifadəçinin 194 kontaktı vardır.

Image result for china internet

5. Çin— dünyanın 1 nömrəli nağdsız ölkəsidir

Çin mobil ödənişlərin sayına görə dünya lideridir. 2020-ci ilə qədər mobil ödəniş istifadəçilərinin sayının 630 ilyon nəfərə çatacağı gözlənilir. Alipay servisi bazarın 54,1%-ni əhatə edir.

Alipay servisi 2004-ci ildə Taobao platforması üçün (Çinin eBayı) yaranıb. O, pulu müvəqqəti olaraq özündə saxlayır və yalnız alıcı aldığı malın yaxşı vəziyyətdə gəlib çıxdığını təsdiq etdikdən sonra onu satıcıya ötürür.

Alipay rəqəmlərdə:

  • $ 5,5 trilyon dollar – mobil ödənişlər sektorunun həcmi birləşmiş ştatlar bazarından 50 dəfə daha böyükdür
  • 2016-cı ilin dördüncü rübündə Alibab bazarın 54%-ni əhatə edirdi, amma 2015-ci ilin 3-cü rübündə onun payı 71% idi.
  •  2016-cı ilin 4-cü rübündə, WeChat vasitəsi ilə mpbil ödənişlərin payı bazarın 37%-idi.  2015-ci ilin 3-cü rübündə bu rəqəm 16% idi.
  • 463 milyon istifadəçi, hətta onlayn alış veriş saytlarında məhsul almadan, mobil ödənişlər istifadəçisidir.
  • 2020-ci ilə qədər mobil ödəniş istifdəçilərinin sayınnı 630 milyona çatacağı gözlənilir.

WeChat-da mobil ödənişlər necə istifadə olunur

wechat

6. Çin  dünyada ən böyük kriptovalyuta bazarıdır və ola bilsin öz kriptovalyutasını hazırlasın.

2017-ci ilin avqustunda NEO (Çinin Ethereumu) $1,4 milyard dollar bazar kapitallaşmasına çatıb.

inc

7. Çin dünyada ən böyük elektron - komersiya ticarət bazarıdır.

2020-ci ilə qədər bazarın həcminin 1,7 trilyon dollara çatacağı gözlənilir.

Elektron ticarət Çində, rəqəmlərdə:

  • 467 milyon onlayn alıcının 75%-i yeni əsrin övladlarıdır (millenial)
  • 200 milyon onlayn çinli alıcı balaca şəhərlərdə və kəndlərdə yaşayır.
  • 2017-ci ildə, onlayn alınmış məhsulun orta dəyəri 12198 çin yuanı (($1836) dollar təşkil edib.
  • Çinin 200-dən çox şəhərində sifarişin  həmin gün və ya səhəri gün çatdırma xidməti vardır.
  • Gözlənilir ki, 2020-ci ildə kütləvi istehlak mallarıın onlayn dövriyyəsi 1,8 trilyon dollara çatacaq.
  • 2020-ci ilə qədər ekspress-çatdırma ximdətinin əməkdaşlarının sayı 4 milyona, restoranların çatdırma xidmətinin əməkdaşların sayı isə 1 milyona çatacaq.

8.  Çin velosiped kirayəsi servisinin istifadəsinə görə birinci yerdədir.

Müvafiq tətbiqlərdən istifadə elənlərin sayı 106 milyona çatıb.  2017-ci ildə velosiped kirayəsi tətbiqindən istifadə edənlərin sayı il ərzində 106 milyon nəfər olub, 2021-ci ildə onların sayınnı 198 milyon olacağı ehtimal olunur.

china

 9.  2017-ci ildə Çində bir-başa yayım (translyasiya) bazarının minimal həcmi 5 milyard dollar olub.

Bir başa yayım bazarının əsas aparıcı qüvvəsi jan-jan (宅男) – bütün günü evdə oturub, kompüteroyunları oynayan gənc insanlardır. Əsas etibarı ilə canlı yayımları tənha insanlar həyata keçirir.  Bütünlükdə bununla cəmi 235 milyon insan məşğul olur.

Ən çox isifadə edənlər isə kiçik şəhər və ya ucqar kənd sakinləridir, harada ki internet yeganə çox da baha olmayan və dostlarla əylənmək mümkün ola bir məkandır.

10. Çin oyun (game) industriyasının ən başlıca ölkəsidir.

2016-cı ildə 600 ilyon çinli oyunçu $24,6 milyard dollar həcmində mənfəət qazandırıb.

Tencentin istehslaı olan Honour of Kings oyununu 200 milyondan çox çinli oyunçu istifadə edir.  Hər gün 70 milyon insan oyuna daxil olur. 2016-ci ildə oyun 1 milyard dollar gəlir gətirib.

11. Çin kibersportun inkişafı üzrə əsas mühərrik hesab olunur.

Kiberidmançıların sayının miqdarında görə ən böyük ölkə Çindir. 

lol

  • 2017-ci ildə oların sayı 220 olacaq.
  • 2016-cıildə kiberidmandan olan qazan 52% artaraq, 50 milyard çin yuanına (7,3 milyard dollara) çatıb.
  • 2016-ci ildə 11,1 milyard dollar həcmində kiberidmanla bağlı yayım gerçəkləşib
  • 2016-cı ildə League of Legends oyunu üzrə peşəkar Çin milli liqasının matçları 5 milyard izləyici toplayıb.

12. 2030-cu ilə qədər Çin hökuməti suni intellekt sahəsində lider olmağı planlaşdırır.

2020-ci ilə qədər Çində suni inllekt bazarının həcminin 9,1 milyard dollara çatacağı gözlənilir.

Çində Suni intelelkt sahəsində Kim və Nə qədər investisiya edir

china

13. Ən böyük  onlayn təhsil bazarı Çindədir

Onlayn təhsil-xidmətlərindən yararlanan istiafəçilərin sayı 144 milyon nəfərdir

Ümumi nəticələr

Çin messencer, mobil ödənişlər, velosipedin onlayn kirayəsi, oyunlar, kiberidman, canlı yayımlar və onlayn təshil sahəsi üzrə liderldir.  

Qeyd edilən sahələrin bir çoxunun yerli bazarı o qədər böyükdür ki, bazar oyunçularının çoxu ölkə xaricində fəaliyyət göstərmir.

Çin süni intellekt sahəsində birinci olmağa iddialıdır və hökumət bunun üçün yardım edir.

Müəllif haqqında: Edit Enq – Silikon vadidən olan investordur. O, Çində 500 Startups fençur fonduna rəhbərlik edir və 500 Mobile Collective Fund fondunun partnyorudur.

Edit 40-dan çox  mobil, VR , AR, Sİ startuplarına, həmçinin maşınla təhsil layihələrində investisiya edib. 500 Startups-dan öncə o,  Dolphin Browser mobil brauzerində marketinq direktoru olub

Ən sərfəli krediti almaq üçün müraciət et