Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etdi | Banco.az

Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etdi

Müəllif:Mehin Qasımova/Banco.az

Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Çin Xalq Respublikası Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib. Gürcüstan vətəndaşları Çində fasiləsiz olaraq 30 gün qala biləcəklər. Bu, həmvətənlərimizin işini asanlaşdıracaq mühüm qərardır. Çinə səyahət edin və Gürcüstanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı baxımından yeni imkanlar yaradın”, – Kobaxidze hökumətin iclasında bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et