Çin Gömrük Vergilərini Azaldır | Banco.az

Çin Gömrük Vergilərini Azaldır

Çinin gömrük vergilərini azaldacağı planlaşdırılır.

Mövzu ilə əlaqədar mənbələr oktyabr ayından etibarən Çinin ticarət tərəfdaşlarının əksəriyyəti üçün idxal vergisini azaltmağı planlaşdırdığı bildirib.

Baş Nazir Li Keqiang da Çinin gömrük vergilərini azaltma ehtimalının olduğunu qeyd etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Çində orta gömrük vergisi 9.8 faiz təşkil edir.

Çin bir müddətdir ki, daxili istehsalı stimullaşdırmaq və zəifləyən iqtisadiyyatı dəstəkləmək üçün addımlar atır. Xatırladaq ki, iyul ayında da bəzi məhsullar üzrə gömrük vergisi azaldılmışdı.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et