Çin Avropanı iqtisadi əməkdaşlığa çağırır | Banco.az

Çin Avropanı iqtisadi əməkdaşlığa çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Baş naziri Li iqtisadi təhlükəsizlik narahatlıqlarına qarşı Avropaya əməkdaşlıq mesajı verib.

Banco.az xəbər verir ki, mart ayında vəzifəsinin icrasına başlayan baş nazir Li Çianq ilk xaricə səfərini Almaniya və Fransaya edib.

O, ABŞ ilə rəqabətin və gərginliyin artdığı bir vaxtda Çinin Avropanın “strateji muxtariyyətini” dəstəklədiyi mesajını verib.

Həftənin əvvəlindən Almaniya və Fransada olan Li Almaniyada prezident Frank-Valter Ştaynmayer və həmkarı Olaf Şolz, Fransada isə prezident Emmanuel Makron və həmkarı Elizabet Borne ilə danışıqlar aparıb.

Qeyd edək ki, Li Baş nazir kimi ilk xaricə səfərlərini Avropa İttifaqının (Aİ) mühərriki olan iki ölkəyə etməyi üstün tutduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et