"ChatGPT" artıq Almaniyanın da radarındadır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"ChatGPT" artıq Almaniyanın da radarındadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya hökuməti də süni intellekt çatbotu “ChatGPT”ni qadağan edə bilər.

Banco.az xəbər verir ki, Almaniya Hökumətinin Məlumatların Mühafizəsi və İnformasiya Azadlığı üzrə Federal Komissarı Ulrix Kelber bildirib ki, Almaniya, prinsipcə, lazım gələrsə, “ChatGPT”ni bloklaya bilər.

“OpenAI” tərəfindən hazırlanmış süni intellektə əsaslanan “ChatGPT” çatbotunun şəxsi məlumatların suistifadəsi səbəbilə İtaliya hökuməti tərəfindən qadağan edilməsindən sonra Almaniyadan da müvafiq açıqlama edilib.

Almaniya hökumətinin Məlumatların Mühafizəsi və İnformasiya Azadlığı üzrə Federal Komissarı Ulrix Kelber bazar ertəsi “Handelsblatt” qəzetinə bildirib ki, Almaniya məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən “ChatGPT”nin istifadəsinə qadağa qoymaqla İtaliyanın izindən gedə bilər.

Kelber Almaniyanın İtaliyadan bu mövzuda əlavə məlumat tələb etdiyini də dilə gətirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram