Çernoqoriya yerli layihələrə investisiya müqabilində vətəndaşlıq proqramı başlatdı | Banco.az

Çernoqoriya yerli layihələrə investisiya müqabilində vətəndaşlıq proqramı başlatdı

Pasport almaq üçün potensial investorlar yerli layihələrə ən azı 350 min avro sərmayə yatırmalıdırlar. Çernoqoriya hökuməti investisiya proqramı vasitəsi ilə vətəndaşlıq almaq üçün müraciətlərin qəbuluna başlamışdır. Bu barədə investisiya immiqrasiyası sahəsində ixtisaslaşmış "Henley & Partners" konsaltinq şirkətindən məlumat verilib.

Vətəndaşlıq almaq üçün xarici vətəndaşlar hökumətin təsdiq etdiyi, ölkənin şimali və mərkəzi bölgələrindəki layihələrə 250 min avro və ya sahil boyu və Podqoritsa kimi inkişaf etmiş bölgələrdəki layihələrə 450 min avro sərmayə qoymalıdırlar. Bundan əlavə, investor xüsusi olaraq yaradılmış dövlət fonduna 100 min avro məbləğində ianə verməli və dövlət rüsumu ödəməlidir: özü üçün 15 min avro, ailə üzvlərinin 1/3-i üçün 10 min avro və hər əlavə ailə üzvü üçün 50 min avro.

Ən sərfəli kredit üçün müraciət et

Proqramın iştirakçı sayı məhduddur — investor qismində Çernoqoriya vətəndaşlığını yalnız iki min əcnəbi əldə edə bilər. Vətəndaşlıq təhlükəsizlik yoxlamasından sonra verilir və uşaqlara ötürülə bilər.

Çernoqoriya vətəndaşları üçün Rusiya, Ukrayna, Türkiyə, İsrail, BƏƏ, o cümlədən Şengen sazişi imzalamış dövlətlər daxil olmaqla 122 ölkədə vizasız rejim mövcuddur. Lakin Çernoqoriya pasportu Avropa Birliyi ölkələrində yaşamaq və işləmək hüququ vermir, belə ki AB üzvü deyil.

Nigar Umaxanlı, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et