Ceff Bezos kosmik stansiya inşa edəcək | Banco.az

Ceff Bezos kosmik stansiya inşa edəcək

Tamara Mustafayeva, Banco.az

"Blue Origin" şirkəti "Orbital Reef" adlı kommersiya yönümlü kosmik stansiya inşa edəcəyini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, e-ticarət nəhəngi "Amazon"un təsisçisi Ceff Bezosun sahib olduğu kosmik turizm şirkəti "Blue Origin" 2030-cu ilədək kommersiya yönümlü kosmik stansiya inşa edəcəyini elan edib. Şirkətdən edilən açıqlamaya görə, sözügedən layihədə aralarında "Boeing"in də olduğu 5 şirkətlə əməkdaşlıq ediləcək.

Qeyd edək ki, şirkətin "Orbital Reef" (Orbit Daşı) adlandırılacaq bu kosmik stansiyasının 2025-ci ilə qədər fəaliyyətə başlaması və 10 nəfərə ev sahibliyi etməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et