Cash by Code nədir –pulu rahat göndərmək üsulu | Banco.az

Cash by Code nədir –pulu rahat göndərmək üsulu

Əvvəllər insanlar uzaq məsafələrə pul u göndərmək üçün müxtəlif vasitələrə əl atırdı. Azərbaycanda bu kortəbii vasitələr hələ də tükənməyib. Məsələn valideyn şəhərdə təhsil alan övladına pul göndərmək istədikdə, puul tanış qohumlar və ya tanış avtobus sürücüləri və s ilə göndərir.  Halbuki pulunu bankomatdan çıxarmadan göndərə bilər və bu zaman məcbur deyil ki, uşağın adına bankda hesab olsun və ya o hanısısa banka, poçta və s müraciət etsin.

Cash by Code – belə xidmətlərdən biridir

«Cash by Code» - hətta kartı olmayan şəxslərə də pul göndərmək imkanı yaradan xidmət növüdür.

Pul göndərmək üçün bankomatın menyusundan «Cash by Code» ­– «Pul göndər» xidməti seçilməlidir. Sonra Siz pul göndərmək istədiyiniz şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edirsiniz.

Bankomat 2 hissəli xüsusi kod hazırlayır - birinci hissə Sizin üçün çap edilir, ikinci hissə isə pulu alana SMS vasitəsilə göndərilir. Sizdən kodun 1-ci hissəsini öyrəndikdən və SMS-lə 2-ci hissəni aldıqdan sonra alıcı sadəcə olaraq bankomat üzərində yuxarı sağ düyməni sıxır, əldə olunmuş kodu daxil edir və ona göndərilən məbləği alır. Kod 24 saat müddətində qüvvədədir.

 “Cash by Code” xidməti vasitəsi ilə pulu necə göndərməli?

Bu xidmət növü  AzeriCard prosessinq mərkəzində xidmət olunan bütün banklarda aktivdir. Misal üçün Bank Rrespublikanın bankomatından göndərilən pulu Beynəlxalq Bankın da bankomatından çıxarmaq mümkündür. Bəzi banklarda bu xidmətə görə komissiya haqqı ümumiyyətlə yoxdur.

AzeriCard prossessinq mərkəzində 30 bank xidmət olunur və əsas banklar bunlardır:

Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Xalq Bank, Bank Silk Way. Bank Technique, Bank Respublika, Bank of Azerbaijan. AG Bank, AFB Bank, Muğan Bank, Nikoil, Qafqaz İnkişaf Bankı, Turan Bank, Rabitə Bank, Azər Kredit Bank, Ata Bank, Amrah Bank, Bank BTB, Deka Bank, NBC Bank, Gəncə Bank, Para Bank, Günay Bank, United Credit Bank, Bank Avrasiya

Ən sərfəli kredit üçün müraciət et

MilliKart prosessinq mərkəzində xidmət olunan banklardan isə Unibank, DəmirBank və ExpressBankda Cash By Code xidməti aktivdir.

Cash by Code xidməti

1. Pulu göndərən zaman müştəri kartını daxil edib PİN kodu yığdıqdan sonra “Cash By Code” düyməsini seçəcək.

2. Məbləği sistemə daxil edib “Davam etmək” düyməsinə basacaq. (1 tranzaksiya maks 300 AZN təyin olunub. 1 kartdan gün ərzində istənilən qədər 300 AZN keçməmək şərtilə belə əməliyyat etmək mümkündür)

 3. SMS gedecək telefon nömrəsini +994xxxxxxxxx şəklində daxil edəcək.

4. Məbləği və telefon nömrəsini təsdiq etdikdən sonra “Bəli” düyməsinə baxaraq əməliyyatı həyata keçirəcək. Kodun ilk 5 rəqəmi telefon nömrəsinə göndəriləcək, son 5 rəqəm isə bankomatdan qəbz şəklində çap olunacaq.

5. Məbləği alan müştəri Bankomatın sağ tərəfində 4 düymədən birini sıcaxaq və açılmış səhifədə 10 rəqəmli kodu daxil edərək “Davam etmək” düyməsini basacaq.

6. Kodu daxil etdikdən sonra məbləğ ekranda görünəcək və “Bəli” düyməsini sıxdıqdan sonra əməliyyat təsdiqlənəcək.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et