Çarpaz Satış Nədir? | Banco.az

Çarpaz Satış Nədir?

Çarpaz satış: Eyni müştəriyə birdən çox məhsul satmaq kimi təyin oluna bilər. Bir satışa çarpaz satış deyə bilməyimiz üçün satılan iki məhsul arasında əlaqə olmalıdır. Burada bənzərlikdən bəhs etmirəm. Bir-birindən çox fərqli iki məhsul bir-biriylə əlaqələndirilərək satılırsa bu satış metoduna yenə də çarpaz satış deyilir.

Məsələn, mağazaya Iphone almaq üçün gələn müştəriyə yanında iPhone örtüyü, iPhone qulaqcıqları təklif edə bilərsiniz. Çarpaz təkliflər çarpaz satışları doğurar.
Bir başqa misal da göstərə bilərik. Məsələn online bir mağazadan özünüzə eynək sifariş edirsiniz. Ödəniş panelinə daxil olduqda, aşağıda sizə bir neçə məhsul təklif edilir. Təklif olunan məhsullar isə aldığınız məhsulla əlaqəli olur. Məsələn, sizə eynəyinizi təmizləmək üçün təmizləmə bezi təklif oluna bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Çarpaz satış üsulu qazancınızı artırmağa və müştəri sədaqəti qazanmağınız qatqı təmin edəcək ən yaxşı üsuldur. Çarpaz satışlar sayəsində sonsuz dəyər meydana gətirə bilər və davamlı fayda təmin edərək yeni potensiallar yarada bilərsiniz.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et