Çalışqan insanlar uğurlu olmağa məhkumdurlar! | Banco.az

Çalışqan insanlar uğurlu olmağa məhkumdurlar!

Dünyanın ilk afro-amerikalı milyarder qadını kimi tanınan Opra Uinfri televiziyanın ən nüfuzlu şəxslərindən biridir. Məhşur teleaparıcının şəxsi kinostudiyası, radioşəbəkəsi , yüksək gəlirli saytı və OWN adlı şəxsi kabel televiziyası mövcuddur.

Forbes jurnalında daim adı çəkilən Opranın varidatı ümumi olaraq 3 milyard ABŞ dolları dəyərindədir. Aparıcısı olduğu verlişin tam 25 mövsüm ekranlardan düşmədiyi və dünya səviyyəli ulduz Maykl Cekson ilə müsahibəsi yayımlanan zaman, ekranlar qarşısında 100 milyon izləyici toplamağı bacaran ulduz “uğurun sirrinin olmadığını” deyir.

Opra, uğurun insanın yalnız özündən asılı olduğunu və xüsusi bir tərifin olmadığını qeyd edir. Körpə 20 dəfə yıxılırsa, yeriməyin onun üçün çətin olduğunu düşünmür. Əksinə istəyinə nail olur.

Məşhur telediva, 29 yanvar 1954-cü ildə Missisipi ştatında göz açıb. Anası qulluqçu, atası isə mədənçi olaraq çalışırdı. Vəziyyətlərinin yaxşı olmadığı zamanda, anası onu nənəsi Xetti Mey-ə təhvil verir. Məhz teledivanın uğurlu gələcəyinin ilk səbəbkarı nənəsi Xetti Meydir. Opra bu günkü uğurunu üç insana borclu olduğunu qeyd edir: Nənəsi, atası və özü.

Xetti Mey, qızcığaza 2,5 yaşında yazıb-oxumağı öyrədir. Balaca Opranın da, gələcəkdə “yaxşı ağ dərili insanlar” yanında iş tapmasını düşünən nənəsi ona daim sahib olduqları ilə barışmağı tövsiyyə edir.

Qızcığazın həyatı anasının yanına Miluoki şəhərinə  köçdüyü zaman tamamilə dəyişir.

9 yaşında qohumları tərəfindən təcavüzə uğrayır. Opra , 13 yaşında olarkən evdən qaçır, bir müddət sonra isə anası tərəfindən tapılaraq xüsusi müəssiyə yerləşdirilir. 14 yaşında ikən ana olur. Lakin körpə dünyasını dəyişir.

Baş verənlərdən sarsılan Opra, Neşvil (Tennesi ştatında) yaşayan atasının yanına göndərilir. Sərt nizam-intizam qaydaları, atasının Opranı təhsil almağa vadar etməsi onun tezliklə uğur qazanmasına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Hələ məktəbdə ikən Most Popular Girl yarışmasının qalibi olaraq, Tennesi Ştatının Universitetində təhsil almaq hüququ qazanır.

Adı çəkilən təhsil ocağı məhz afroamerikalı gənclərin rahatlıqla təhsil alması üçün yaranan ilk universitetlərdən biridir.

17 yaşında ikən Opra həm təhsil alır, həm də CBS televiziyasında jurnalist kimi çalışırdı. Qeyd edək ki, Opra Uinfri Neşvil televiziyasının ilk afro-amerikalı qadın jurnalisti idi. Gələcəyin telemaqnatı, 1976-cı ildə Baltimorun WJZ televiziyasında köməkçi olaraq işə başlayır.  1986-cı ildə isə Opra “Danışır Baltimor” adlı tok-şou aparıcısı olaraq tanınmağa başlayır.

Telediva artıq o zamandan teleməkanın ən nüfuzlu şəxslərindən birinə çevrilir. 32 yaşında ikən ilk milyonunu qazanan Opra, 2011-ci ildə efirdə öz şəxsi kanalını təqdim edir. Həmin il teleaparıcı “Oskar” mükafatına layiq görülür. 2013-cü ildə isə o illərdə hakimiyyətdə olan ABŞ prezidenti Barak Obama tərəfindən medal ilə təltif olunur.

Televiziyanın ən nüfuzlu qadınlarından olan Opra Uinfri xeyriyyəçilik işləri də məşğul olur. O təkcə maddi yardımın göstərilməsi ilə kifayətlənmir. Eyni zamanda xeyriyyə işlərinə bütün gücü və vaxtını sərf edir.

Opra, Cənubi Afrikada qızlar üçün məktəb açır, layihənin gerçəkləşməsi üçün 50 milyon vəsait cəlb edir və əlavə olaraq 300 milyon dolları şəxsi hesabından ödəyir.

Atasının “Hər bir zəngin insan paylaşmağı bacarmalıdır” sözlərinə əməl edən Opra, karyerasını bitirdikdən sonra həmin kəndə “qızlarının” yanına köçməyi planlaşdırır.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç