Bytecoin nədir? Haradan almaq olar? | Banco.az

Bytecoin nədir? Haradan almaq olar?

Gizli və qeyri-mərkəzləşdirilmiş bir kriptovalyuta adlandıra biləcəyimiz Bytecoin istifadəçilərə izlənilməyən ödəniş əməliyyatları etməyə imkan verir. Son dəfə “Binance” platformasında siyahıya alınaraq öz bazar dəyərini xeyli artıran Bytecoin digər bir çox birjada da əməliyyat reallaşdırır.

Açıq mənbəli kodu vasitəsilə hər kəsin şəbəkəsini inkişaf etdirməyə imkan yaradan Bytecoin istifadəçilərə təqdim etdiyi təhlükəsizlik və gizlilik xüsusiyyətləri ilə fərqlənir. Bütün maliyyə məxfiliyinin qorunmasını istəyən istifadəçilər üçün ideal virtual valyutadır.

2012-ci ildə yaradılan Bytecoin “CryptoNote” adlı texnologiyadan yararlanan ilk kriptovalyutadır. Həmin texnologiya imzasız kriptovalyutaların meydana gəlməsinə kömək edən alqoritm şəklində ifadə edilə bilər. Üstəlik, Dash və ya Monero kimi məşhur altcoinlər də bu texnologiyadan istifadə edirlər.

Bytecoin-i digər kriptovalyutalardan fərqləndirən nəsnənin istifadəçilərə təqdim etdiyi “tam imzasızlıq” xüsusiyyətidir. Buna görə, Bytecoin ilə reallaşdırdığınız ödəmə əməliyyatı blockchain-də qeyd alındığı anda ünvanınız gizli saxlanılır.

Bytecoin əməliyyatları

Nominal pullarla reallaşdırılan ödəniş əməliyyatlarında pulunuz bir bank və ya maliyyə qurumu tərəfindən işlənir. Ancaq Bytecoin istifadəçiləri arasında edilən ödəniş əməliyyatları internetdən heç bir vasitəçi olmadan daha təhlükəsiz şəkildə həyata keçirilir. Bundan əlavə, əməliyyatların məxfiliyi açılması qeyri-mümkün alqoritmlərlə qorunur. Beləliklə, kimsə haradan haraya və nə qədər pul göndərildiyini öyrənə bilmir.

Bytecoin-i “Binance” birjasından almaq olar.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et