BVF və Dünya Bankı qlobal maliyyə liderlərini görüşdürəcək | Banco.az

BVF və Dünya Bankı qlobal maliyyə liderlərini görüşdürəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal maliyyə liderləri BVF və Dünya Bankının illik iclasında problemləri müzakirə edəcəklər.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı qlobal iqtisadi artımın zəif və qeyri-müəyyənliklərin yüksək olaraq qaldığı bir dövrdə mövcud olan problem və riskləri həll etmək üçün qlobal maliyyə sahəsinin liderlərini bir araya gətirəcək.

İkinci Dünya Müharibəsindən sonra yenidən formalaşan dünya iqtisadiyyatında ABŞ-ın rəhbərliyi ilə qurulan və “Bretton Woods əkizləri” adlandırılan BVF və Dünya Bankının illik iclasları 9-15 oktyabr tarixlərində Mərakeşin eyniadlı şəhərində keçiriləcək.

İclaslarda 190 üzv ölkədən maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri və akademiklər iştirak edəcək.

İclaslarda Kovid-19 pandemiyasının davam edən təsiri, Rusiya-Ukrayna müharibəsinin qlobal iqtisadiyyata nəticələri, iqlim dəyişikliyinin artan fəsadları, yüksək borc səviyyələri və yoxsul ölkələrin borclarından azad edilməsi kimi məsələlər müzakirə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Qlobal Fəaliyyət, Qlobal Təsir” mövzulu builki iclaslar 1973-cü ildə Nayrobi görüşündən sonra ilk dəfə bir Afrika ölkəsində keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et