BVF Amerika ilə bağlı yanılır - Muhammed A. El-Erian | Banco.az

BVF Amerika ilə bağlı yanılır - Muhammed A. El-Erian

Beynəlxalq Valyuta Fondu (BVF)  2019 – cu il üçün ABŞ iqtisadiyyatına dair iqtisadi artım proqnozunu Çin ilə davam edən “ticarət müharibəsi” səbəbilə 2.7% - dən 2.5% - ə endirib.

“Allianz SE” beynəlxalq sığorta-maliyyə holdinqinin iqtisadi baş müşaviri Muhammed A. El-Erian bu yeni proqnozu “bədbin” hesab etdiyini, ABŞ iqtisadiyyatının inkişafa meylli olduğunu bildirib.

El-Erian CNBC – yə verdiyi müsahibədə “daxili tələbə təsir göstərən üç amil var, daha da güclənilməsi gözlənilən dövlət xərcləri, təsərrüfat xərcləri və şirkət yatırımları. Odur ki, bu il və gələn il 3% - lik inkişaf göstəricisi məni təəccübləndirməz”, deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

BVF - in Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu oxumaq üçün linkə keçid edə bilərsiniz.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et