"Bütün pullarını kriptovalyutalara yatırır, avtomobilində yatır" | Banco.az

"Bütün pullarını kriptovalyutalara yatırır, avtomobilində yatır"

İstədiyiniz hər şeyi əldə etmək şansınız olsaydı, risk edərək ondan yararlanardınızmı? Yoxsa bundan çəkinərdiniz? Kriptovalyutaları həyatının şansı hesab edən şəxs evini satıb, avtomobilində yaşayır və əlinə keçən bütün pulları kriptovalyutalara yatırır.

Ötən il kriptovalyutaların sürətlə dəyər qazanması bəzi investorları daha da həvəsləndirdi. Hətta bəziləri evlərini sataraq investisiya qoydu. Təbbi ki, kriptovalyutalarla varlanmaq həvəsində olanlar təkcə ev sahibləri deyildi. Bir şəxs avtomobilində yaşayaraq kirayə qaldığı evi tərk edib.

Kanadalı şəxs “Livinginmycar” başlığı ilə hazırladığı göndərişlə kriptovalyuta investorlarının fikirlərini və proqnozlarını yayan platforma olan “4chain”-də yatdığı yeri paylaşıb. Bəziləri onun həyat tərzini dəstəkləyib, bəziləri isə buna qarşı çıxıb. Bi iştirakçı isə belə şərh verib:

“Kriptovalyutaların sizi varlandıracağını düşünərək ağılsız davranırsınız. Pulu qazananlar qazandı, qatara gecikmisiniz. Pulsuz vaxtınızda uğurlar arzu edirəm”.

Ancaq həmin şəxs kirayə üçün ayırdığı aylıq 800 dolları kriptovalyutalara yerləşdirməkdən məmnundur.

Qarajda yaşayır, depoda işləyir

Avtomobilini dostunun qarajında saxlayıb, orada yatdığını deyən şəxs buna görə ayda 40 dollar ödədiyini bildirir. Heç də narahat olmadığını, yaxşı yatağı və yorğanının olduğunu söyləyir. Həmçinin, dostunun evində yuyunur. İddialı investor gündüzlər depoda forklift sürücüsü olaraq çalışır. Axşam yemək sifarişi paylayır.

Onun sərmayəsi isə “Collosusxt”, “Fundrequest”, “Policypal” və “Dero”-da cəmləşib.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et