Bütün göstəricilər zəif məşğulluğa işarə edir | Banco.az

Bütün göstəricilər zəif məşğulluğa işarə edir

ABŞ-da bu həftə açıqlanmış zəif iqtisadi göstəricilərdən sonra gözlər məşğulluq göstəricisinə çevrilib.

ABŞ-da bu həftə açıqlanmış və zəif gələn göstəricilər iqtisadiyyat üzərində "qara buludlar" yarandığına işarə edir. Xidmət sektoru indeksi 3 ilin ən aşağı səviyyəsinə, emal indeksi isə 10 ilin ən aşağı səviyyəsinə düşüb. Özəl sektor məşğulluğu da yavaşlayıb.

Analitiklər bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin 2017-ci ildə ABŞ-ı vuran fırtınalar və 2013-də hökumətin bağlandığı dövrdən bəri ən aşağı səviyyədə artacağını gözləyirlər.  Ticarət müharibələri və emal sektorunda durğunluğun məşğulluğu azaldacağı gözlənilir.  İqtisadçılar Sentyabrda məşğulluğun 140 min artacağını gözləyirlər. Sentyabrda artım 130 min təşkil etmişdi. 

Ən sərfəli kredit üçün müraciət et

Proqnozdan (140 min) aşağı bir göstəricinin Fed-in 30 Oktyabrda 3-cü dəfə faiz endirimi edəcəyi ehtimalını gücləndirəcəyi bildirilir. Pis göstərici Dekabr ayında daha bir faiz endirimini gündəmə gətirə bilər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et