"Bütün "Bitcoin"lərin 20%-i 448 nəfərin əlindədir" | Banco.az

"Bütün "Bitcoin"lərin 20%-i 448 nəfərin əlindədir"

"Chainalysis"in iqtisadçısı Grauer, bütün "Bitcoin"lərin 20%-inin 448 adamın əlində olduğunu bildirib.

"Chainalysis Inc." tərəfindən aparılmış yeni araşdırmaya görə, "Ethereum" blokçeyninə gücünü verən "Ether"lərin  üçdə biri yalnız 376 nəfərin əlindədir.

Şirkətin iqtisadçısı Kim Grauer, investisiyalarını birjalarda deyil, elektron pulqabılarda saxlayan böyük pay sahiblərinin kriptovalyuta bazarında "balina" olaraq bilindiyini qeyd edib.

Grauer, bütün "Bitcoin"lərin 20%-inə 448 nəfərin sahib olduğunu söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

"Chainalysis", "Ether" "balina"larının qiymət üzərindəki təsirinə dair araşdırmasında böyük pay sahiblərinin kriptovalyutalar ilə tez-tez əməliyyat etdirmədiklərini müəyyən edib. Grauer, "Balinaların əksəriyyəti treyder deyil. Əksəriyyəti yalnız portfel sahibidir" deyib.

"Chainalysis"in araşdırmasına görə, bir "balina" "Ether"i pulqabıdan bir birjaya köçürdüyü zaman bazar volatilliyi üzərində kiçik ancaq statistik olaraq  bir təsir yaradır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç