Burger King Səudiyyə Ərəbistanındakı qadın sürücülərə pulsuz hamburger paylayır - VİDEO | Banco.az

Burger King Səudiyyə Ərəbistanındakı qadın sürücülərə pulsuz hamburger paylayır - VİDEO

Xatırlayırsınızsa ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanında yaşayan qadınların maşın sürmə qadağası aradan qaldırılmışdı. Bir çox markalar bu münasibətlə bəzi kampaniyalar həyata keçirmişdilər. Bu dəfə isə qadın sürücülərə dəstək “Burger King” dən gəldi.

“Burger King” qadınların maşın sürmələrini qeyd etmək üçün restoranlarına maşın sürərək gələn bütün qadınlara pulsuz hamburger verir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya 24 iyunda başlamışdı və 24 iyulda isə sona çatacaq.

“Burger King” eyni zamanda “Whopper Burger”–in adını “WhoppHer” olaraq dəyişdirdi və həm ərəbcə həm də ingiliscə “Qadınlarımızın maşın sürməsini təbrik edirik” mesajını əlavə etdi.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et