Bu şirkətdə işdən çıxarılacaq şəxsi bütün işçilər birlikdə müəyyən edib | Banco.az

Bu şirkətdə işdən çıxarılacaq şəxsi bütün işçilər birlikdə müəyyən edib

Hollandiyada fəaliyyət göstərən bir şirkətdə film ssenarilərinə bənzər bir hadisə yaşanılıb. İqtisadi çətinliklər yaşayan “Keytoe” adlı firmada işdən azad ediləcək personalı şirkətin bütün işçilərinin səsləri müəyyən edib.

“Keytoe” adlı şirkət iqtisadi problemlər səbəbi ilə 45 işçisindən 5 – ni işdən çıxarmağa qərar verib. Bu 5 işçini müəyyən etmək üçün isə bütün işçilərin səs verməsi istənilib.

İşdən azad ediləcək olanları müəyyən etmək üçün işçilərin hər biri kiçik kağızlara şirkətdən ayrılmasını istədikləri bir və ya bir neçə ad qeyd edib. İşçilərdən biri belə deyib:

Ən sərfəli kredit üçün müraciət et

“Ən düzgün qərarı vermək üçün davam edən mühüm layihələri, onlara rəhbərlik edən şəxsləri və işçilərin maaşlarını nəzərə alırıq.”

Keçirilən səs vermə nəticəsində işdən azad ediləcək 5 nəfər müəyyənləşdirilib. Bu şəxslərdən biri olan 23 yaşlı Rafael Şluer deyir:

“Bu qərarın iş yoldaşlarınız tərəfindən verilməsi qovulmaqdan daha ağırdır. Seçim meyarları isə obyektivdir; son zamanlar necə işlədiyimizi əsas götürürlər. Amma bəlkə də, son günlərdə məhsuldarlığıma təsir göstərəcək hansısa bir hadisə yaşanılıb. Müdir məsələdən agah olduğu üçün daha ədalətli bir qərar verə bilərdi. Səs vermədə iştirak edən bütün işçilər bir-birləri haqqında ətraflı məlumata sahib deyillər.”

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et