Bu şirkət süni intellektin yaratdığı uğursuz məzmunları reklama çevirib | Banco.az

Bu şirkət süni intellektin yaratdığı uğursuz məzmunları reklama çevirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“KitKat” süni intellektin yaratdığı uğursuz reklam məzmununu kampaniyaya çevirib.

Banco.az xəbər verir ki, süni intellekt bir çox yerlərdə iş prosesini sürətləndirsə də, “KitKat”ın yeni kampaniyasında olduğu kimi bəzən mənfi nəticələrə də səbəb ola bilər.

Belə ki, yeni reklam kampaniyası üçün istehlakçılarının təkliflərini nəzərə alaraq süni intellektdən yararlanmaq istəyən “KitKat”ın işləri qaydasında getməyib. Avstraliyanın “Wunderman Thompson” kreativ konsaltinq firmasının işçiləri konseptual reklamlar hazırlamaq işini süni intellektə həvalə ediblər. Yaradıcı qrup daha sonra süni intellektlə yazılmış mətnləri bədii generator və səs sintezatoruna çatdıraraq ideyaları həyata keçiriblər.

Agentliyin açıqlamasına görə, nəticələr gözləniləndən pis olub. İstehlakçıların təklifləri ilə süni intellektin köməyi ilə reklam mətni hazırlayan brend qənaətbəxş olmayan məzmunla qarşılaşıb. Eynilə, mətndən ilhamlanan şəkillər də ən optimist vəziyyətdə belə insanı ürküdüb.

Süni intellektin gözlənilməz nəticələrindən sonra kreativ agentlik nəticələri qiymətləndirərək kampaniyaya yeni istiqamət verib. Toplanmış məlumatlarla yeni kampaniyanı hazırlayan Avstraliyanın “Wunderman Thompson” şirkətinin Baş kreativ direktoru João Braga məsələ ilə bağlı belə şərh verib:

Ən sərfəli kredit üçün müraciət et

“Süni intellektlə əylənməyə qərar verdik və bu nəticələr ortaya çıxdı.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et