Bu şəxs küçədə satıcılıq edərək necə milyonçu oldu? | Banco.az

Bu şəxs küçədə satıcılıq edərək necə milyonçu oldu?

Bugünkü məqaləmizdə Nyu York küçələrində 5 dollara kartof soyan alət sataraq milyonçu olan Joe Ades-in hekayəsindən bəhs edəcəyik. 2009 – cu ildə vəfat etməsinə baxmayaraq, onun həyat və uğur hekayəsi öz biznesini qurmaq istəyən hər kəsə ilham mənbəyi olmağa davam edir.

İkinci Dünya Müharibəsi illərində İngiltərədə böyüyən Ades səksən yaşı olanda belə hələ də dan yeri ağarmamış yuxudan oyanır və kostyumunu, qalstukunu geyinib həftənin altı günü yüksək keyfiyyətli kartof soyan alətləri satmağa davam edirdi.

Ades satış işində çox məharətli idi. Kartof soyan alət kimi adi bir əşyanın satılmasını diqqət çəkən, cəlbedici satış şousuna çevirə bilən qeyri-adi üsulu vardı. Altmış il boyunca bu alətin satışı ilə məşğul oldu və özü üçün möhtəşəm bir həyat qurdu. Hətta çox dəbdəbəli bir evdə yaşayıb nəvələrinin ən yaxşı universitetlərdə təhsil almasına da nail oldu. Nə vaxt tətilə çıxıb çıxmadığı soruşulduğu zaman isə “Həyat bir tətil, hər gün tətil” deyə cavablandırırdı.

Aşağıda Joe Ades-dən hər insanın və ya hər sahibkarın öyrənə biləcəyi bəzi effektiv tövsiyələr qeyd edilmişdir:

İşindən zövq almağı bacar

Bir çox insan küçədə kartof soyan alət satmağın möhtəşəm bir iş olmadığını düşünür yəqin ki, ancaq Joe Ades bunu qeyri-adi bir fəaliyyətə çevirməyi bacarmışdı. İnsanlarla ünsiyyət, müştərilərin marağına səbəb olma və onların inamını qazanma kimi gündəlik işlərdən zövq almağı bacarırdı.

İşinə bağlı ol

Joe Ades əsla işini buraxmadı. Həftədə atı gün çalışırdı. Nə vaxt ki, Nyu York küçələri insanlarla dolu olurdu, məhz onlar Ades üçün potensial müştərilər idi. Hər şeydən əl çəkmək əvəzinə, imkanları düzgün dəyərləndirməyə və onları reallaşdırmaq üçün əlindən gələni etməyə davam etdi.

Ən sərfəli kredit üçün müraciət et

Həmişə yaxşı münasibətlər qur

Joe Ades-in küçədə kartof soyan alət satarkən çəkilmiş video görüntüləri düzgün marketinq üsullarına bir nümunədir və hər bir satış mütəxəssisi bu videonu izləməlidir. Video görüntüləri izlədikcə görürsünüz ki, o, təkcə “satmır”, həmçinin müştərilərlə söhbət edir. Bu əsnada isə onlardan pul istəmədən diqqətlərini çəkməyi bacarır.

Ənənəvi satış metodu olan “Hər formada sat” əvəzinə Ades daha fərqli bir metod olan “Daima yeni münasibətlər qur” metodunu seçdi.

Hər satışın dəyərini bil

Joe Ades-in gəzib dolandığı zamanın haqqını vermək üçün kartof soyan alətləri 5 dollar dəyərində satması məntiqli idi. Ades-dən çıxarılacaq digər bir dərs isə hər satışa və hər müştəriyə dəyər verməkdir.

Bəzən insanlar dənizdəki “böyük balığa” o qədər fikir verirlər ki, daha kiçik fürsətləri gözdən qaçırırlar. Təbii ki, böyük fürsətləri əldə etmək möhtəşəm bir uğurdur, ancaq bu daha çox vaxt və səy tələb edir. Halbuki, kiçik işlər görərək də, böyük uğurlara nail olmaq mümkündür.

Joe Ades uğurlu olmağın mükəmməl nümunəsi və Nyu York küçələrinin ikonik bir rəmzi idi. Satış üsulları köhnə görünsə də, hər zaman işə yarayırdı. İstər böyük işlərə imza atın istərsə də, küçədə hər hansı bir əşya satın hər kəsin Joe Ades-dən öyrənəcəyi çox şey vardır.

Həmçinin oxu: Övladlarına miras qoymağı düşünməyən 5 milyonçu

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç