Bu qələm iki dil öyrənməyə və həyata uyğunlaşmağa kömək edəcək | Banco.az

Bu qələm iki dil öyrənməyə və həyata uyğunlaşmağa kömək edəcək

Qələm 28 dollara təklif olunur.

“Xiaomi” şirkəti uşaqlar üçün yeni bir cihaz - Mi Bunny Reading Pen danışan qələmini təqdim etdi. 

Cihazın qiyməti cəmi 28 dollardır. O, quraşdırılmış dinamik və pleyerlə təchiz edilib, xüsusi düyməsinə bir dəfə basmaqla səs açılır. 

Qələm 22 ədəd şəkil kitabı ilə birgə təklif olunur və daha beş yüz belə kitabı dəstəkləyir. O, kitabın mətnini tanıyır və uşağa mütaliə edərək qavramağı aşılayır. Həmçinin, qələm, sadə bir oyun şəklində ingilis və Çin dilini öyrənməyə kömək edir. 

Ən sərfəli kredit üçün müraciət et

Yenilik 2 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Qələmdə quraşdırılmış məzmun nəinki iki dildə oxumaq və ünsiyyət qurmağı öyrənməyə kömək edir, o, həm də uşağın sosial bacarıqlara sahib olmasına və özünə qayğı göstərməsinə də təsir göstərir. 

Qələm, qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə Amerika İdarəsinin standartlarına uyğun materiallardan istehsal edilib.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et