Bu ölkədə kriptovalyutadan əldə edilən gəlir vergiyə cəlb edilir | Banco.az

Bu ölkədə kriptovalyutadan əldə edilən gəlir vergiyə cəlb edilir

İsrail qanunvericiliyinə əsasən, bitkoin və altkoin kimi kriptovalyutalar maliyyə aktivi statusu daşıyır, kriptovalyuta tranzaksiyaları isə barter əməliyyatı hesab edilir. Qanunvericiliyin bu şərtlərinə uyğun olaraq kriptovalyutadan əldə edilən müntəzəm gəlirlər üçün kapital artmına vergi tətbiq olunur. Kapital artımına verginin dərəcəsi 25-30 faiz təşkil edir, xüsusi hallar üçünsə ƏDV+17 faiz vergi dərəcəsi tətbiq edilir.

İsrailin nəzarətedici dövlət orqanları kriptovalyuta ticarəti ilə məşğul olan və bundan sabit gəlir əldə edən şəxslərin üzə çıxarılması üçün orijinal yol müəyyənləşdiriblər. Öz pul aktivlərininin mənşəyini bəyan emtəyən iki kateqoriya şəxslər şübhəli vergi ödəyiciləri kimi tanınır: səyahət həvəskarları, xüsusilə xarici ölkələrə tez-tez təyyarə ilə səfər edənlər (o cümlədən ən bahalı kurortlara gedənlər), eləcə də üç və daha artıq daşınmaz əmlak sahibləri. Bundan başqa, qeyri-qanuni valyuta alveri ilə məşğul olanlar sosial şəbəkələr (daha çox da “Telegram” və “Facebook”) üzərindən də izlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Vergi əməkdaşları qanunu pozanları müəyyən edəndən sonra onlara avtomatik vergi hesabları açır və ünvanlarına bildiriş göndərirlər. Bildirişdə keçmişdə aparılmış kriptovalyuta əməliyyatları, eləcə də birja hesablarında mövcud olan bütün onlayn ödənişlər haqqında hesabat verilməsi tələb olunur.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et